Mənəm
Meşələr payızda saralıb-solar,Baharda yarpağı tökülən mənəm.Vətənin həsrəti ömrə yük olar,Bu qəmdən qaməti bükülən mənəm.
Bu hicran, bu nisgil olmayaydı kaş,Həsrət qalmayaydı qardaşa qardaş,Bir ömür intizar, bir ömür təlaş,Gözləri yollara dikilən mənəm.
Məğrur bir palıddım göyə baş qoyan,Mənə baş əyərdi qızıl kəhkəşan.De, necə olmayım necə pərişan,Kökləri yüz yerdən sökülən mənəm.
Dərdim vətən adlı ülvü səadət,Mən ona həsrətəm, o mənə həsrət.Yorulub yollarda qalmaram fəqət,Adı intizarla çəkilən mənəm.
Ağ günü ovcumda görməsəm də mən,Əminəm qardaşım, sən görəcəksən.Məni qınasalar hay-haray çəksən,Atəşi külünə bükülən mənəm.
Yüz yol bələnsəm də səngərdə qana,Qoy düşmən düşməsin başqa gümana,Toxumum səpilib cümlə cahana,Ümid sərvləri əkilən mənəm.
Yaşadım, yaşaram nəğmələr kimi,Qol-qanad açaram xoş xəbər kimi,Uçaram yanına al səhər kimi,Köksündə dan yeri sökülən mənəm.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-menem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Ayrılıq görüşlə bitir... tez olur”.Görüşlə bitmədi bu hicran niyə?
Açıl, ürəyim, açıl!Cənublu qardaşlarıma*Qara geymisən məgər?
Azadlıq baharıBahar gəlir, nə qədər sevimlidir bu bahar,Azadlıq, bu baharda sənə ümidimiz var!
Yadıma düşdüYenə vətən həsrəti yaxıb yandırır məni.Bəzən şirin yuxudan o, oyandırır məni.
Başqa şairlərin şeirləri · Hicran
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
دمید صبح سعادت،که یار باز آمدهزار شکر که آن غمگسار باز آمد
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,