Azadlıq baharı
Bahar gəlir, nə qədər sevimlidir bu bahar,Azadlıq, bu baharda sənə ümidimiz var!Gəl, azadlıq baharı, gəz, dolan, ölkəmi sən,Gör, sənin həsrətində nələr çəkməmiş Vətən.Gəl, azadlıq baharı, bax bu şəffaf sular daOxşamamış qəlbimi öz ahəngdar səsiylə.Bu yaşıl mənzərələr, bu yarpaqlar, bu güllər,Oxşamamış qəlbimi ətirli nəfəsiylə.Gəl, azadlıq baharı, sənsiz ayın işığı,Günəşli gündüzlərin bu sonsuz yaraşığı,İnan ki, ürəyimi bir an oxşamamışdır,Gənclik, sevimli gənclik, inan oxşamamışdır.Gəl, azadlıq baharı, sənsiz gülərmi çəmən?Sənsiz qəlbim, düşüncəm durularmı bir anlıq?Sənsiz nə elim gülər, nə də qəlbim danışar,Gəl, azadlıq baharı, gəl, gəl, zamandır artıq.Vətənimin üstünü duman almış, ey bahar!Qanım kimi qaralmış göylərdəki buludlar.Baharda yağış yağar, şimşək çaxar həmişə,Bahar yeni can verər yerə, göyə, günəşə...Bahardır, şimşək çaxıb, qoy tufan qopsun bir an,Əsarəti kökündən qoparıb atsın zaman!Qəlbim deyir, bu bahar səadət gətirəcək,Elə böyük azadlıq, şən həyat gətirəcək.Zülmün başının üstə xəzan yeli əsəcək,Onun murdar əlini ölkəmizdən kəsəcək...Bahar gəlir, nə qədər sevimlidir bu bahar,Gəl, azadlıq baharı, sənə ümidimiz var!İntizar ürəkləri sən sevindir, ey bahar,Çiçək açsın sinəmdə yatıb qalmış arzular!Mart, 1960
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-azadliq-bahari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dənizin əzəmətinə daldım,Qüdrətinə heyran qaldım,
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*
Qaçağı el saxlarQaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.
Sevdiyim insanlarÜrəyimin həmdəmidir,Mənə könül məlhəmidir,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Təkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
نگارا بیسر زلفت پریشانم، به جان توبه جز زلفت نمیخواهد دل و جانم، به جان تو
پوشیده مشگ ز ابر سیه چرخ چنبریکافور بر گرفت ز که باد عنبری