Keçmişdə cümə günü anadan olan uşağınağırlığı qədər taxıl çəkib paylayarmışlar.

“Ağır” gündə göz açmışam bu dünyaya –Cümə günü.Əl çatmayan, ün yetməyən,Uca dağlar arxasında batır ulduz,İtir ülkər.Dərələrdən, təpələrdənƏtəyini gizli-gizli yığır gecə.

Al üzündən örpəyini yavaş-yavaş atır səhər.Bu dünyaya göz açdığım,İz açdığımİlıq bahar səhərindəAğırlığı çəkim qədər,Taxıl çəkib paylamışlar.Üstümdə ağırlıqlar,Ömrümdə acılıqlarGötürülsün deyə, bəlkə...Obaşdanın sazaq çağı,Soyuqdanmı, heyrətdənmi,Yazıq körpə için-için ağlamışdır.Ata-baba adətinə,Bu el-oba adətinəSadiq qalan Xavər nənə, Şərif baba,Nəvəsinin sabahına, ağ gününəMin bir ümid bağlamışdır...Ömür boyu ehtiyaca oğul atam,Böyüklərin qarşısındaSusub, kəlmə danışmamış.Yazıq anam, o qul anamÜrəyindən alışsa da,Zahirindən alışmamış,Məndən ötrü danışmamış...Ürəklərdən nigaranlıq,Telaş, qorxu yoxa çıxmış.Mən dünyaya göz açandanEvimizə, süfrəmizə bolluq axmış...Nələr olmur bu dünyada;Cümə günü gur həyataGözlərini açan qızın,Bəxti ağmış, ruzusu bol,Söyləmişlər, sevinmişlər gündə yüz yol...Fərəh dolu, kədər dolu bu aləmiSeyr eyləyən ulu günəşYığışdırır büsatını,Məhvərində, dərindədir.Hər şey yerli-yerindədir...

İşıqları gur alışan bircə evdəTəzə səs var, yeni nəfəs.Məndən ötrü baba sakit, nənə aram,Ana aram.Mənsə ömrün fırtınalı yollarında,Tufanlarda boğulmuşam.Cümə günü doğulmuşam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri