Qarabağdan köçən quşlar,Yuvaları dağılmışlar,Yurd yerində qalan daşlar!Üstünüzü ot basdımı?

A düşmənə qalan dağlar,Zirvənizdə bulud ağlar!Elləri “köçkün” yaylaqlarKöçkünlərindən küsdümü?

Qoynunuzda, ay meşələr,Yaralı ceyranlar mələr.Boynubükük bənövşələrCəlladlar yolu kəsdimi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar