Yadıma düşdü
Yenə vətən həsrəti yaxıb yandırır məni.Bəzən şirin yuxudan o, oyandırır məni.Yenə düşdü yadıma uşaqlıq yoldaşlarım.Mənim məktəb dostlarım, o ilkin sirdaşlarım.Yenə düşdü yadıma o ellər, o obalar,Durdu gözüm önündə göz açdığım o diyar.Yenə düşdü yadıma lal axan Araz mənim,Durdu gözüm önündə o uşaqlıq məskənim...Yenə düşdü yadıma şəhərlərim, bağlarım,Yada meydan oxuyan başı qarlı dağlarım.Yenə düşdü yadıma bax, o aylı gecələr,İlk eşqim, ilk sevincim, dil açan düşüncələr.Yenə düşdü yadıma inildəyən o kaman,Vətən üfüqlərində sökülən o qızıl dan.Yenə düşdü yadıma doğma şəhərim mənimÜmidlərlə açılan işıq səhərim mənim.Yenə qartallar qopan qayalar düşür yada,Xalqdan, vətəndən əziz varmı bir şey dünyada?Yenə də parçaladı qəlbimi acı hicran,Ürək şikayətlənir yenə də ayrılıqdan.Qınamayın, yadıma düşdü o yer, o torpaq,Mübarizə günlərim, əlimdəki o bayraq.Bu yolda itirdiyim igidlər düşür yada.Mənim xalqım gör nələr çəkməmişdir dünyada...İnsan ömrü yazılmış bir kitaba bənzəyir,Onun səhifələrini varaqladıqca bir-bir,Həm şirin, həm də acı keçmişlər düşür yada,Bəzən bir arzu səni yaşadır bu dünyada,Sinəni iftixarla doldurur dünənki gün,Dünən səni sabaha çağırır bəzən bu gün.Yolunu işıqladan o bir mayaq olur, bax,Yıxıldığın anları sənə xatırladaraq,Bir də dolaşmamağa çağırır hər an səni,Gələcəyə çağırır dünənki zaman səni!
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-yadima-dusdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumət qurulmuşdu. Bir il sonra, həmən gündə İranın irticaçı qoşunu Cənubi Azərbaycana hücum edib orada Milli hökuməti dağıtmış, qəhrəman ana və bacılarımızı öldürmüşdü. Xalqımız hər il “21 Azər” gününü ən böyük bayram kimi, İran hökuməti isə bu günü “Qələbə” günü kimi qeyd edib, “şəhidlərini” yad edir.*Qatil öldürdüyünə oturub ağlayarmış,
AnaTəbriz kədərliydi, sən ağlayırdın,Gecəydi biz səndən ayrılan zaman,
Danışır anamSən qürbətdə qalalı,Qürbəti sevmişəm mən.
O göylərin altındaO göylərin altında səni tərk edən zaman,Tələsik addımlarla mən çıxanda otaqdan,
Başqa şairlərin şeirləri · Vətən
Ağbaba deməsəm dilim lal olar,Çıxarmı yadımdan Ağbabam mənım?
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənatBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Torpaqdan yaranan hər yaşıl ot, baxHəsrətdən nəmlənmiş kirpikdir ancaq.