Bu necə dağmış
Gəzib dolaşıram yuxulu kimi,Bu necə zamanmış, bu necə çağmış.Qövr edir davasız-dərmansız yaram,Bu necə düyünmüş, bu necə dağmış...
Kədər qoşun-qoşun üstümə güldü,Sevincin qul kimi boynu büküldü,Dəymişi düşməmiş, kalı töküldü,Bu necə bostanmış, bu necə bağmış.
Üfüqdür alışıb bağrını sökən,Zirvədir şimşəkdən ağrılar çəkən.Hüseyn olanda bilmədinmi sən,Böyük dağa böyük qar yağacaqmış.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-bu-nece-dagmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
“Bağmeşə”dən iraq, “Sarı dağlar”dan,Günəş doğur səhər, rəngi qızıl qan!
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?