Neyləyəsən
Həftə ötdü, ay dolandıVədə çatdı, –Neyləyəsən?!Bar töküldü, meyvə yandıBağın batdı, –Neyləyəsən?!
Üz çevirib göyə, yerəHaray çəkmə əbəs yerəYarı yolda birdən-birəBaxtın yatdı, –Neyləyəsən?!
Ürəkdə ürəyin Arif.Dilində diləyin Arif,Döz yenə, Hüseyn ArifBu həyatdı, –Neyləyəsən?!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-neyleyesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey nəşi qalan yerdə, keçən başı eidayə
Ey nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
چو شاه بنند دل در جهان به رَشفِ ثُغُورچگونه یارد بستن کمر به حفظِ ثُغور
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
عقل چون مشغول خود شد شهر و زندان ساختندچون جنون از خود به تنگ آمد بیابان ساختند