Kamalın töhfəsi, eşqin bəhrəsiAlovda bərkiyər, odla yaşayar.Nəvənin babadan düşəndə bəhsiNəsil də yaşayar, zat da yaşayar.

Qəm yemə həyatın beşgünlük olsa,Vaxtsız gülün köçüb, çiçəyin solsa.Şərəf qorunulsa, şan qorunulsa,Nəsil də yaşayar, zat da yaşayar.

Hüseyn Arifəm, könül həmdəmiBir xalqın sevinci, bir xalqın qəmiÖmür var, torpağın üstdə gül kimiÖmür var, torpağın altda yaşayar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar