Elə oldu güldü könül, güldü üz,Çiçək açdı eşqim, andım dünyada.Güldü dərə, güldü təpə, güldü düz,Yeri, göyü cənnət sandım dünyada.

Günlər ötdü, aylar, illər dolandı,Sevinc, kədər bir-birinə calandı.Tufan qopdu, suyum birdən bulandı,Elə oldu, elə yandım dünyada.

Duman çökdü, çən gölündə itdi dost,Haray Arif, son mənzilə yetdi dost.Getdi ata, getdi oğul, getdi dost,Mən qalmaqla nə qazandım dünyada?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri