Dönməsin
Övlad məhəbbəti ülvi məhəbbət,Dilinin əzbəri odur hər kəsin,Bir dəfə həyatda özündən deyənYüz dəfə qanrılıb övladdan desin.İldırım şığıyıb, şimşək ensə də,Dalğalar sahili söküb, yensə də,Min ulduz qaralıb, göydə sönsə dəBir övlad çırağı yerdə sönməsin.
Vaxtsız saçlarıma ələnsə də dənHüseyn Arifəm, istərəm ki, mənAta arxasında dağa bənzəyənAta sinəsində dağa dönməsin!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-donmesin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
O gözəldi, bu gözəl
Nagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
DağlarınAdəmdən cavandı, Nurdan qocadı,Bir sirdi, bilinməz yaşı dağların.
MərdMənim bu müşkül dərdimə kim dözüb dayana mərd,Qəvvas kimi qərq olmuşam dəryayi-ümmana mərd.