Soyuyur cığırım, üşüyür izim,Budaqda titrəyən yarpaq görünür.Dərəyə enirəm, qatlanır dizim,Zirvəyə qalxıram, uzaq görünür.

Fəsillər dolaşıq düşüb elə bil,Yaz başa varmamış, yay gəlib keçir.Zamanın cilovu əlimdə deyil,Həftə üzülməmiş, ay gəlib keçir.

Həmişə döşünə döyən şairinTəbibdən, dərmandan söz salır bu gün.Dünən qocalmaram deyən şairinQocalır, ay dağlar, qocalır bu gün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri