Qoca nazir
Doğrudan da, zor kişidir, zor ağa,Arxasında zor dayı var, zor qağa.Yığdığını yer tapmayır yığmağa.Aldığını gec almır ki, gec almır.
Müavinlər kötəklənər, kütləşər,Rəislərin ürəyinə xal düşər.Addımbaşı buna böhtan, ona şər,Bir nəfər də ucalmır ki, ucalmır.
Arvad köçdü, qız qarıdı, özü saz,Beləsinə payız da yaz, qış da yaz.Təzə xanım, təzə işvə, təzə naz,Şikarından o qalmır ki, o qalmır.
İllər ötdü, qərinələr qocaldı,Dağda palıd, bağda çəpər qocaldı.Aman allah, katibələr qocaldı,Qoca nazir qocalmır ki, qocalmır.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-qoca-nazir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ruhum yenə ləbrizi-səadət...Ya rəb, bu nə tufani-lətafət?!
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Keçdi min naz ilə ol dilbəri-məhparə beləKeçdi min naz ilə ol dilbəri-məhparə belə,Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.
Ana diliBir gün əsir düşmüş bir qəhrəmanıSorğuya, suala çəkəndə cəllad,