Bir gün əsir düşmüş bir qəhrəmanıSorğuya, suala çəkəndə cəllad,“Sizin əlinizdə ölmərəm! – dedi, –Məni zaman-zaman yaşadar həyat”.Dedilər: – Gözünü ovarıq sənin,Görə bilməzsən.Dedi: – Yaşaram!Dedilər: – Qolunu qırarıq səninSilahın, kəsərin düşər əlindən.Dedi: – Yaşaram!Dedilər: – Qıçına kündə vurarıq,Gəzə bilməzsən.Başında elə bir tonqal qalarıqDözə bilməzsən.Dedi: – Yaşaram!Dedilər: – Nəyin var apararıq biz,Bir də keçmişinə dönə bilməzsən.Dedi: – Yaşaram!Dedilər: – Dilini qopararıq biz,Danışa bilməzsən, dinə bilməzsən.Susdu qəhrəman,Nə yaşaram dedi, nə ölləm dedi.Söylədi: – Nə bilir elə, ey cəllad,Divan sənindir,Dövran sənindir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri