Həmzə
Sən ömründəbir dəfəyanıldın, ay Koroğlu.Qırı verib əlindənElə bil Çənlibeldətək qaldın, ay Koroğlu.Dəlilər məlul-müşkül,Gizli-gizli NigarınAla gözləri doldu.Eyvazın nərəsinəAyıldın, ay Koroğlu –Döyüşə atılandaBilirdin bərk ayaqdaTitrəmə var, lərzə var.Hansı yolda qasırğaHansı dərədə qovğa,Hansı döşdə şir yatıb,Hansı düzdə gürzə var.Bilirdin meydandakıBəydir, xandır, paşadıryadlar çiyin-çiyinəDüşmənlər baş-başadır...Qılınc-qalxan, nizə var,Bilirdin GiziroğluArxadan nişan almaz.Mərdlə mərd arasında.Mərddə mübarizə var.Qırı verib əlindənDürü alanda bildinDünya o dünya deyil,Dəyirmanda Həmzə var.Ordular qanırmayanQəhrəmanın qolunuQanırdı bircə Həmzə,İndi neçə Həmzə var –Özü də necə Həmzə.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-hemze
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir düz ki, fərq etməz xəyalın gözü,Hər daşı bir çılpaq qərib öksüzü,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Bu dövr edən fələk, üzdən gümüş kimi görünənÜzümə gözyaşımı simu-zər edibdir həmən.