Ulu babaların yurdu, yuvası,Bilinməz neçədi yaşı Aveyin.Təmiz təbiəti, təmiz havası,Ülvidir torpağı, daşı Aveyin.

Enişli, yoxuşlu yollar keçibdir,Şərbət əvəzinə ağı içibdir.Qəm məskən bağlayıb, sevinc köçübdür,Nələr çəkməyibdir başı Aveyin.

Tufan da oynayır, külək də əsir,Nə qəribə sehir, nə qəribə sirr.Göyü bulud alır, yeri çən kəsir,Gahdan çatılanda qaşı Aveyin.

Göyəzən arxası, Gülül təpəriHeyrandı hüsnünə Qazax elləri.Qurumaq bilməyir illərdən bəriDamcılı gözünün yaşı Aveyin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən