Salam, a Ceyrançöl!
Salam, Ceyrançölü, əzəl ovlağım,Cığırlar, çəhlimlər, izlər dünyası...Gözəl təbiətli, gözəl ovlağım,Qolpunlar, yarğanlar, düzlər dünyası.
Salam, Candar gölü, itmə dumanda,O başda ağaran ləpəmi, qarmı?Qışda sinən üstü buz bağlayandaYaşılbaş sonalar darıxmayırmı?
Ay qoca Yaylacıq, ay ömrüm, günüm,Yuxum qarışanda yuxun qaçdımı?Sacdağı necəsən? Başına dönümSacına baxıram, sacın yaşdımı?
Sular dövrəsində qalxan ağaclarNiyə kövrəksiniz, yaşınız azmı?Qoyunlu, quzulu yallar, yamaclarKəklikli qayalar, yaxşısınızmı?
Mən sənin özünəm, sən mənim özüm,A buludlu zirvə, a yaşıl çəmən.Oyan, a Durnalı, a duru gözlüm,A Çatma, yadına düşürdümmü mən?
Göy Tomtu, əlində saxla əlimi,Qollarım boynuna dolanmasınmı?Yazda qızıl lalə qızıl dil kimiÇiçək qonşusunu yalamasınmı?
Oxşayım ağotu, öpüm nərgizi,Bu yurdda boy atıb yaşa dolmuşam.A yonca, a yovşan, bircə gün sizi,Unutsam, bilin ki, unudulmuşam.
Boz at, qulaqların oynar havada,Kimin nəfəsidir duyduğun nəfəs?Maşınlar yollara sığışmasa da,Köhlən məhəbbəti silinə bilməz.
Salam, a Ceyrançöl, bir də görüşək,Səni qorxutmasın saçımın dəni.Ürək o ürəkdir, istək, o istək, –Hüseyn Arifəm, yormazsan məni.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-salam-a-ceyrancol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Baxsan cəmali-yarə, bir laləzar görərsənBaxsan cəmali-yarə, bir laləzar görərsən,Ruxsari-yar önündə gülzarı xar görərsən.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.