Vətən deməkdən
Düzlər bahar fəsli al geyinəndəSözlər öz-özünə axır ürəkdən.Yenə axşam-sabah sazım dinəndə,Bilin, doymamışam Vətən deməkdən!
Əzəldən vurulub ana torpağaMin dəstə bağladım güldən, çiçəkdən.Ötəndə bülbüllə qabaq-qabağaBilin, doymamışam Vətən deməkdən.
Qarışsın nəfəsim sərin yellərə,Alın sorağımı əsən küləkdən.Səsim yayıldıqca doğma ellərə,Bilin, doymamışam Vətən deməkdən!
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-veten-demekden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Əzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Yarpaqlar quşlara qoşulub gedibYarpaqlar quşlara qoşulub gedib,Kür boyu meşələr tək qalıbdılar.
İki lövhəYolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.
Məhəmməd Hadiyə«Ey ol vaxtı görən məsud, unutma bizləri yad et,…Məzarım üzrə gəl, dur qəmli-qəmli ağla, fəryad et».