Canın hərarəti, ömrün neməti,Sinənin sönməyən közü ürəkdir.Odur sevməyən də, odur sevən də,Seçən hər əyrini, düzü ürəkdir.

Minbir nəğmə deyər bu gözəlliyə,Çiçəkli torpağa, ulduzlu göyə.Hər gülün rəngində məna var deyəSeyr edən çəməni, düzü ürəkdir.

Göl kimi dayanar, sel kimi gələr,Bəzən yerə enər, bəzən yüksələr,Onsuz nə söz gülər, nə sənət gülər,Güldürən sənəti, sözü ürəkdir.

Od kimi qoynundan keçər odların,Çəkilməz önündən boranın, qarın.Əzəldən dostluğun, əhdin, ilqarınMayası ürəkdir, duzu ürəkdir.

Mən oldum vurğunu bir gülnəfəsin,Bir şirin gülüşün, bir şirin səsin.Eşq ilə yaşayıb, yaradan kəsinAdı Hüseyndir, özü ürəkdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar