Səhifə 3 / 3 · 67%

– Əli Şimşəyi şəxsən tanıyırsan? – Hökmdar ilxıçıya tərəf döndü:

– Onu kim tanımır ki?

– Bəlkə qohumundu.

– Bəli.

– Nəyindi.

– Qardaşım.

– Qardaşın?! Lap doğmaca?

– Bəli, lap doğmaca.

– Neçə qardaşı var Əli Şimşəyin?

– Ha çox! Sayı-hesabı yox... Ətraf kəndlərdəki igidlərin hamısı onun özünə qardaş bilir.

– Bəs doğma qardaşı neçədi?

– İki.

– Sən böyüksən.

– Xeyr.

– Onda sən kiçiksən?

– Xeyr.

– Bəs bu necə ola bilər?

– Bunu bilməyə nə var? – İlxıçı ucadan güldü. – Ekizik. Cahan Pəhləvan boz ayğırın yüyənin dartdı, at şahə qalxıb geri çəkildi. Hökmdarın nədənsə birdən xoşuna gəldi ilxıçı. Ürəyindən keçdi ki, belə oğlanlar qoşunda əsgər, sarayda mühafiz ola bilərlər.

Birdən amiranə səslə dedi:

– Xoşuma gəldin... Qoçaq oğlansan! Gəlsənə səni saraya aparaq, hökmdardan rica edək orada sənə qulluq versin.

– Özünü bilən də saraya yaxın düşər?.. Kişi niyə dörd divar arasında oturur? Mən bu ulu dağlardan, yaşıl dərələrdən, günəşli çöllərdən bir gün də ayrı yaşaya bilmərəm!

– Yaxşı, bəs qardaşın indi harda olar?

– Hansı?

– Əli Şimşək.

– Dağlarda. – İlxıçı gündoğar tərəfə baxdı. – O qəlbi dağlarda, pəhləvanlar kimi çiyin-çiyinə verən dağlarda...

– Hə, başa düşdüm – Cahan Pəhləvan yarıciddi, yarızarafatla ilxıçıya razılıq etdi: – Bəlkə birdən dağlarda yaxası ələ keçdi?

– İgidlərə el-oba qeyrəti çəkənlərə ölüm yoxdur, ay bala!.. Onlar öləndən sonra da yaşayırlar. – İlxıçı əlini ürəyinin üstünə qoydu. – Bax, burada adamların ürəyində. Adları həmişə yamanlığa yox, yaxşılığa çəkilir.

– Hə, bunu da başa düşdüm. – Hökmdar əvvəlki sözünü təkrar etdi.

– Sənə çox şükür! – İlxıçı göyə yox, Şərura tərəf enən Günəşə baxdı.

– Dua eləyəndə göyə baxarlar. – Xəlil irad tutdu.

– Göyün yaraşığı Günəşdi. – İlxıçı yenə də söz altında qalmadı.

Cahan Pəhləvan daha heç nə demədi.

Yola düzəldilər. Təpəni təzəcə burulub arxasına keçmişdilər ki, İlxıçının zil səsi yenə qayalara dəyib əks-səda verdi. O bu dəfə daha ürəkdən oxuyurdu: “Ay at, sənin yalmanına yataram...”

Cahan Pəhləvan boz ayğırın üstündə fikrə getmişdi, xəyal onu çəkib neçə-neçə illərin arxasına aparmışdı.

...Belə bir vaxtda atası Şəmsəddin Eldəgəzlə ovdan qayıdırdı. Atabəy-əzəmin kefi kök idi. Demetreni məğlub edəndən sonra hökmdar birinci dəfədəydi ki, ova çıxmışdı. Ovdan qayıdanda yolunu Xanəgah kəndindən salmışdı. Məqsədi bu idi ki, bu yerlərdə qəddarə¹ çəkməkdə ad-san çıxarmış dəmirçini Naxçıvana dəvət etsin. Dəmirçini hökmdarın hüzuruna gətirdilər. Cavan dəmirçiylə atabəy-əzəm arasında sual-cavab başlandı:

– Ya atabəy, bilin və agah olun ki, mən sizin fərmanınıza əməl edə bilmərəm. Mən bu yerlərə öyrənmişəm...

– Mən səni zindana saldıraram.

– Bilirəm... hökm sahibisiniz.

– Şəhərə gəlib qəddarə çəkməlisən, vəssalam

– Yox, gələ bilmərəm...

Cavan dəmirçi sözünün üstündə bərk dayansa da, başını çiyinləri üstündə saxlaya bilmədi...

Bu əhvalat baş verən zaman cavan dəmirçinin qətlə yetirildiyi yerə boylu-buxunlu bir kəndli övrəti gəldi. İşdən agah olan kimi nə ağladı, nə də sızladı. Əyilib dəmirçinin qana bulaşmış başını yerdən götürdü, qanlı dodaqlarından öpdü, aparıb cənazənin sinəsi üstünə qoydu.

– Bu övrət xeylağı kimdir?

– Dəmirçinin anasıdır, hökmdar.

Atabəy-əzəm sarsıldı, handan-hana soruşdu:

– Niyə ağlamırsan, arvad?

– Niyə də ağlayım?.. Onu ki, gədə-güdə öldürməyib. Gör oğlum kiminlə sinə-sinəyə dayanıb! Padşahla... Kimin qabağından qaçmayıb? Padşahın!.. Kimə öz kişiliyini göstərib? Padşaha... Belə oğlun anası ağlasa el-oba onu qınayar. Hər ananın hünəri deyil belə oğlu doğa!.. Hər atanın hünəri deyil belə oğul əkə!.. Mən ağlasam, onun öz qəbri də atasının qəbri də od tutub yanar...

...Birdən boz ayğırın kişnərtisi çöllərə yayıldı. Nədimin mindiyi at da boz ayğıra qoşuldu.

Cahan Pəhləvan diksinib xəyaldan ayrıldı. Atın yüyənini boşaldıb, dabanlarını qarnına sıxdı. At götürüldü. Bir müddətdən sonra yüyəni təzədən dartdı, Bu vaxt yaşıl xalı döşənmiş kimi görünən təpənin döşündən keçdilər. Yenə xəyali keçmişə uçdu... Özü ovdan qayıdırdı. Vəliəhd olan vaxtı idi. Başında da, cavan dəliqanlı süvarilər. Bax, beləcə bir təpənin döşünə çatanda qarşıdan bir neçə atlı çıxdı. Bu atlıların

¹ Hər iki tərəfi kəsən iti qılınc qabağındakı sarı kürənin üstündə cavan bir süvari əyləşmişdi. Geyimi sadə idi, başqalarından fərqlənmirdi. Yad atlıları görən kimi Cahan Pəhləvanın adamları cəld qılınclarını qınından çıxarıb sarı kürənin üstə əyləşənin arxasını kəsdilər. Bu, süvarinin vəliəhd olmasına işarə idi. Ehtiram əlaməti olaraq gələnlərin içərisindən qoca bir kişi də nə dedisə hamı atından endi. Təkcə bir nəfərdən başqa. Bu, çoban Eldar Bəhmən idi.

Vəliəhd soruşdu:

– İstəyiniz nədi,

– Bir olan Allahın mərhəməti və inayəti sayəsində bu yerlərdə ömür sürən bizlər gecə-gündüz Eldəgəzlər xanədanına dua edirik, atabəylərə uzun ömür arzulayırıq. Onların ölülərinə rəhmət, dirilərinə sağlıq diləməkdi peşəmiz...

– Qoca, uzatma mətləbi!

– Bizi Allah-təala dərd çəkmək üçün, qəm yemək üçün xəlq edib. Nə yurdumuz var, nə yuvamız, bu gün burdayıq, sabah orda, bu gün arandayıq, sabah dağda... Nə başa taxmağa darağımız var, nə taxıl biçməyə orağımız...

– Qoca, dedim uzatma mətləbi!

– Atanıza deyin bu il vergiləri azaltsın: ya da bağışlasın. Mümkünatımız yoxdu, il quraqlıq keçib...

– Onu hökmdar özü bilər. Rədd olun, yolu kəsməyin!

– Yolkəsən sizsiniz! – Bunu Eldar Bəhmən dedi. – Adınızı bizə qoymayın, ədəbsiz!.. Heç olmasa adam kimi danış baban yerində olan qocaynan. İndi isə rədd olub gedin bizim yerlərdən. Atanıza deyin ki, xanəgahlılar bu il Eldəgəzlərə nə bir dən verəcəklər, nə də bir çəpiş...

Həm Əli Şimşəklə, həm onun iki qardaşından biri olan ilxıçı ilə söhbətindən, keçmişdən yada düşən xatirələrdən sonra Cahan Pəhləvan fikirləşdi: “Bu yerlərin ərkəklərinin hər birində həqiqətən Əlincə əzəməti var!.. Görəsən, atabəy-əzəm buna niyə əhəmiyyət verməyib?..”

Boz ayğırın kişnərtisi yenə çöllərə yayıldı...

Elə bu vaxt Əli Şimşəyin bir az bundan əvvəl dediyi sözləri yenə xatırladı saray sahibi: “Əlincə, alınca, ölüncə...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hökmdar hökmü

Cahan Pəhləvan şəhərin rəisi ilə uzun-uzadı söhbətinə yekun vurub dedi:– Hər halda, mən deyənləri xatirində saxlamağa dərrakən çatar... Əgər hafizənə etibarın yoxsa mən Naxçıvanı tərk edəndən sonra dediklərimi bu da təkrar-təkrar sənin yadına salar, – çiyini üstündən dönüb dəbirə baxdı və dediklərini yazmağa onu hazır görüb sözünə davam etdi: – Bu başdan deyim ki, Naxçıvanı hələlik tərk etmək fikrində deyiləm, amma vəziyyət elə bir məqam gəlib çatıb ki, mən qoşunun az hissəsini burada qoyub, çoxuynan Həmədana hərəkət etməliyəm. Oradan da Təbrizə... Doğrudur, mən Həmədanı hələ ki, rəsmən Eldəgəzlər dövlətinin paytəxti elan etməmişəm, amma vəziyyətdən asılı olaraq gah ordan, gah burdan hakimliyimi icra etmək niyyətindəyəm... Bütün bunlara baxmayaraq, Naxçıvan Eldəgəzlər xanədanı baş şəhəri olaraq qalır. Buna görə baş şəhərin rəisi də öz vəzifəsini vaxtında icra etməli, sərvaxt olmalıdır. – Bir an fikrə getdi, topa saqqalına bir neçə dəfə təh verəndən sonra dəbirə baxıb dedi: – Yaz... Əvvəlinci tapşırığım, daha doğrusu, hökmüm: Xanədana baxan kəndlərin hamısından toplanası taxıl axırıncı batmanın kimi yığılmalıdır. Keçən illərin borcunu da hər bir kəndli ödəməlidir. Bilirsən ki, taxılın onda biri dövlətə çatır, amma ötən il heç on beşdə biri də anbarlara gəlməyib. Gələn il quraqlıq gözlənilir. Qış sərt keçməyib...dağlarda qar yoxdur... çaylarda su azdır... Onu da kənd əhlinə başa salmaq gərəkdir ki, taxıl vergisinə heç vaxt güzəşt olmayıb, olmayacaq. Və bu barədə atabəy-əzəm hələ sağlığında xüsusi fərman sadır etmişdir və mən o fərmanı heç vaxt ləğv etmək niyyətində deyiləm. Çünki çörək ölüm – dirim məsələsidir... Dövləti, ölkəni çörəksizlik nüfuzdan salar, kişini çörəksizlik cayiiz edər. Həm də ac qılınca çapar deyiblər ha!.. – Cahan Pəhləvanın eyhamını deyəsən rəis başa düşdü. Başını mənalı-mənalı silkələyib dəbirə baxdı.

7 dəq
Dərban və mühafiz (yay söhbəti)

– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!

14 dəq
Yurdun qədim məkanlarından biri

Cahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.

20 dəq
Məsciddə

Naxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...

11 dəq

Başqa şairlərin şeirləri