Səhifə 1 / 2

Fəlakətdən xəbərsiz Səməd zalda bayaqkı yerində təkcə oturmuşdu.

Uşaqlıqdamı, ilk gənclikdəmi, nə vaxtsa, əzələlərini daşlaşdırmaq fikrinə hələ təzə düşdükləri günlərdə, əzələ qayğısından başqa heç bir qayğıları olmayan çağlarda sədr Mədədin ərköyünü ilə Cəfər əmi – Lüt Cəfərin qaynı Yusif, Sudüşənlə meşənin arasında kərpickəsənlərin sarı torpaq çıxartmaq üçün qazdıqları dərə kimi dərin qaznağa su buraxmışdılar, göl düzəltmişdilər. Hər gün məktəbdən çıxanda birbaş o gölün qırağına yüyürərdilər, kitab-çantalarını bir yana, paltarlarını o biri yana atıb, suya baş vurardılar, “eşmə” üzə-üzə çıxıb, canı sulu-sulu meşəyə cumub, ağacların budaqlarını turnikə çevirərdilər, pambıq əkini üçün köklənmiş sahə kənarında kötükləri ştanqa çevirərdilər, turnikdə oynamaqdan, ştanq qaldırmaqdan pörtəndə isə bir də suya baş vurub çıxıb, paltarları qoltuqlarında, çantaları çiyinlərində, kandarında çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan evə qayıdıb, Ayna bacının, Gülbənizin və ya Gülgəzin həmişə hazır saxladıqları süfrənin qırağında çıl-çılpaq oturub, bir əllə çörək yeyib, o biri əllə “Ədəbiyyat müntəxəbatının”, “Cəbrin”, “Həndəsənin”-filanın vərəqlərini o yan-buyana aşırandan sonra yenə gölə cumardılar. Ömrün necə şirin çağları varmış! Əmma elə gün olmazdı ki, Qıllı Qeybalı şirinə acı qatmasın. Dantes Qeybalı yox, o vaxtlar Qıllı Qeybalı və “Ataman” deyilən pələpüsür oğlan suyun altında qara camış kimi peyda olub Səmədin ayaqlarından asılanda, Qudalı uşaqları da cin-şəyatin kimi qaynaşa-qaynaşa Yusifin əl-qoluna sarılardılar. Sudan kənarda sədr Mədəd vardı, Qılınc Qurban vardı, adı Lüt qoyulsa da partkomluğunda qalan Cəfər əmi vardı, orda sədrin ərköyünü ilə partkomun qaynına yaxın düşmək çətin idi, suyun altında isə ərköyünün tərifli qara, gur saçlarından çəngə-çəngə qopartmaq olardı, “Yusif kimi gözəl Yusifin” ağzını cırmaq, burnunu burub əzmək, şişirtmək olardı. Odur ki, suyun altında nə qədər qalmaq mümkündürsə, bir o qədər qalıb, lap boğulunca vuruşardılar. Xüsusən sədr Mədədlə Qudalı ağsaqqalı Rəhimin idarədə-iclasda sözləşdikləri günlərdə suyun altında vuruşma çox çəkərdi. Elə çox ki, qıllı camışla cinşəyatin dəstəsinin ardınca sudan çıxanda göl dibinin həyəcanla dolu, uğultulu sükutu Səmədin beynindən getməzdi.

Qıllı Qeybalı Dantes Qeybalı oldu. Göl qurudu. Bayaqkı “motal papaqlı, arxalıqlı adam qapıda görünüb yoxa çıxandan sonra, zalda tək qalanda Səməd göl dibinin uğultulu sükutunu xatırladı. İllər keçəndən sonra, əmisinin yemək otağında – yetmiş kvadrat metrlik zalda Səməd özünü həmin göl dibində hiss etdi. O göl dibi ilə bu zalın fərqi bircə bunda idi ki, burda ayaqdan asılan, çəngə-çəngə saç qopardan, ağız cıran, burun buran yoxdu, həyəcanla dolu, uğultulu sükut içində Səməd özü könüllü boğulurdu.

Sükutu əvvəlcə Sultan əminin səsi pozdu:

– Nə oldu orda? Yenə yandırmısınız?

Sonra Əlləzoğlunun səsi:

– Yandırmamışıq, dərdin alım. Közün üstə qalıb qurumuşdu. Təzədən çəkirəm. Özü də bel ətindən, uc qabırğasından! Gətirrəm indi, gətirrəm. Siz başlayın. Gətirrəm!

Səməd əlini süfrəyə uzatdı. Nimçələrin, araq, konyak şüşələrinin, qədəhlərin parıltıları içində göyümtül qrafində qaraya çalan çaxır gördü, qrafinin boğazından yapışıb, ağzına söykədi.

Haradasa, deyəsən “revkom kabineti” tərəfdə Sultan əminin qəhqəhəsi eşidildi:

– Barakallah, qardaşoğlu! Ə, yıxar səni çaxır. Qoy yemək gətirsin kişi!

⁴⁷ “Mən Saşayam... Mən Saşayam... Mənim adaşımı tutmağın vaxtı çatıb”.

⁴⁸ Nəzarət altında.

Bu təzə – “macar” çaxırın təmi tanışdı. Bir vaxt Sultan əmi bu çaxırı Tat Seyidin məlhəmi adlandırardı. İndiki Seyid kişiyə – raykomun qonaq evinin qarovulçusuna o vaxtlar – müharibə illərində “Tat Seyid” deyərdilər. Seyid kişinin indiki arvadı Xeyrə arvada isə “alverçi Xeyrə” deyərdilər. Tat Seyid üç para kənddə yeganə müsəlmandı ki, çaxır çəkərdi, alverçi Xeyrə isə, yeganə zənəndi ki, iynə-sapdan, düymədən başqa çaxır da satardı.

Günlərin birində Qonaqlıda xəbər yayıldı ki, Başkənddə, yəni Qurbanlıda alverçi Xeyrə, ərlərindən qara kağız gələn gəlinləri gecələr evinə çağırıb, xəlvəti çaxır içirdir, səhərisi qapı-qapı düşüb, həmin gəlinlərdən çaxırın əvəzinə un yığır. Bu xəbərə əvvəlcə heç kəs, o cümlədən Səməd də, atası da inanmadı. Sonra isə Səməd, Qurban əmi – Qılınc Qurbanın atının tərkinə, atası isə öz atını minib gedib, öz gözləri ilə gördülər ki, dörd tərəfinə qarğıdalı şaxı döşənmiş, alçaq bir çardağın altında, qara çırağın işığında qarmonçu Şənbə Zarıncı çalır, qara geyimli, göy örtüklü, cavan-cavan gəlinlən oturub ağlaşırlar, alverçi Xeyrə isə, yekə bir çəlləyin yanında dizləri üstə oturub, mis dolçanı çəlləyə basıb çıxarıb, gəlinləri dümsükləyə-dümsükləyə çaxır içirdir.

Bütün bunları Səməd qarğıdalı şaxlarının arasından gördü.

Atası ilə Qurban əmi isə içəri getdilər.

Qurban əmi Şənbənin qarmonunu dartıb alıb yerə çırpdı, beşaçılan tüfəngin qundağı ilə vurub çəlləyi partlatdı.

O vaxt, o yaşında Səməd hələ dilinə içki vurmamışdı.

Çardağın altındakı hadisənin sabahısı Tat Seyid, qoltuğunda bir “çetvert”⁴⁹ çaxırla, qapıdan girib, donqar belini bir az da əyib, köyrələ-köyrələ uzun bir söhbət başladı. Məlum oldu ki, oğulları müharibəyə gedəndən sonra alverçi Xeyrənin əri ölüb, Tat Seyidin isə arvadı; bir düjün tifil Xeyrənin üstə düşüb, bir düjün də Tat Seyidin üstə düşüb, quru-taqqanaq arpa çörəyi yeməkdən quru-taqqanaq olublar yetimlər, o yetimlərin çörəyini kəsmək Kəbənin qulpunu qırmaq kimi bir şeydi, odur ki, Qılınc Qurban insafa gəlsin, qılıncını qına qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin.

Bu yanıqlı şikayətin cavabında nə sədr Mədəd bir söz dedi, nə də böyüklərin işlərinə qarışmağı xoşlayan ərköyün oğlu. Tat Seyid qolutuğundakı çetverti küncə, divar dibinə qoyub getdi. Qırx dördüncü ilin axırındamı olmuşdu bu, qırx beşin əvvəlindəmi, Səmədin yadında deyildi. Yadında qalan bu idi ki, bu göyümtül qrafinə bənzəyən o göyümtül çetvert şüşə elə o küncdə qaldı, üstünü toz basdı. Bir də “Müharibə qurtardı” xəbəri çıxanda, Sultan əmi o vaxtkı qara “Emadin”ində kəndləri gəzə-gəzə hər yerdə cəmaati təbrik eyləyə-eyləyə, axırda yorğun-üzgün gəlib qardaşının evində oturanda, yəni çardağın altındakı hadisədən təxminən beş-altı ay sonra sədr Mədəd, nəhayət, o şüşəyə diqqət yetirdi, tozunu silib, tıxacını çıxarıb, Sultan əmiyə bir stəkan çaxır verdi və Sultan əmi ilk dəfə onda “məlhəm” dedi. “Çaxır deyil ki, məlhəmdi”, – dedi. Sultan əminin Tat Seyidlə alverçi Xeyrənin işləri ilə maraqlanmağı da o gündən başlandı və Səmədə məlum oldu ki, Sultan Əmirli ilə Mədəd Əmirli o taydan nə vaxt gəliblərsə, Seyid kişi də elə o vaxtlar gəlib, Qurbanlıda dam tikib, yurd salıb. Özü də çaxırçı-zad deyil, üç para kənddə ən mahir rəncbər və bağdandır. Alverçi Xeyrə də alverçi-zad deyil, oğulları gedəndən sonra, gün-güzəran ucbatından, Qayım Qudalının iynə-sapını, sancağını, düyməsini sata-sata alverçi olub, axırda çaxır satmağa başlayanda isə ilişib, “gəzəyən Şənbəni evinə salan”, cavan-cavan gəlinləri el içində xar eləyən murdar zənən kimi tanınıb!.. Sədr Mədəd “o çardağın altına ayaq basdığı gecəyə lənət” deyirdi, ağı qaradan seçməmiş qılınc sıyıran dotələb ispalkomu, yəni Qurban əmini pisləyirdi. “Elə mən də onun tayıyam!” – deyirdi. “Cəmaatın qəzəbi, kini yerdən-göyə çıxıb. Üç kəndin üçündə də qapılar bağlanıb üzünə o bədbəxt kişiynən o bədbəxt arvadın!” – deyirdi. “Batırmışıq Seyidnən Xeyrəni. Heç fələk də xilas eliyəmməz!” – deyirdi.

Sultan əmi isə çox asanca xilas elədi. “Emadin”ini birbaş Qurbanlıya sürdürüb, Seyid kişinin, Xeyrə arvadın “damlarında”, yəni töyləsayağı yeraltı qazmalarında oldu, ordan kəndin ortalığına çıxıb cəmaati yığdı. “Nə Tat Seyid sizin tanıdığınız tatdı, nə də alverçi Xeyrə sizin tanıdığınız alverçidi”, – dedi. “Müharibədə həlak olan oğlanların körpələrini boyabaşa çatdırmaq üçün özlərini oda-közə vuran, qeyrətli nənə, babadı hər ikisi!” – dedi. Sultan əmi belə deyəndə Seyid kişi “Emadin”in bir tərəfində ağlayırdı, Xeyrə arvad isə o biri tərəfində. Maşının dal oturacağında oturub, əmisinə qulaq asa-asa, gah Seyid kişiyə, gah da Xeyrə arvada baxan Səmədi də qəhər tutmuşdu, Qurban əmi – Qılınc Qurbanın səhvi və atasının bu səhvə uyduğuna görə necə yanıb-yaxılmağı barədə nə isə demək istəyirdi, deyə bilmirdi. Çox çəkmədi ki, Sultan əmi Seyid kişi ilə Xeyrə arvadı oğlanlı-qızlı nəvələri, cır-cındır şələ-şəltələri ilə

⁴⁹ Üç litrlik şüşə. birgə qara damlardan çıxarıb aparıb, birini qonaq evinə qarovulçu və bufetçi qoydu, o birini raykomda xidmətçi. Və elə o günü anbar məscidin böyründə, cökələrin yaşıllığı içində karvansarasayağı tikilinin içindən köhnə barama tərəcələrini çıxartdırıb, dörd yerdən böyük, işıqlı pəncərə qoydurdu. Seyid kişi ilə Xeyrə arvad orda – yeni evlərinin qabağında da ağladılar. Səməd isə öz sevincini, qürurunu bildirmək üçün ancaq o axşam əmisinin evində, bu zalda, bu stolun arxasında, ömründə ilk dəfə çaxır içəndən sonra söz tapdı: “Mənim əmim el atasıdı!” – dedi. Sultan əmi çox bərk tutulub, dolub, qəhərli-qəhərli uzun bir nitq başladı: “Nə elin var hələ, Bircə bala, nə də atası!.. Hissiyyatın güclüdü, gözəldi. Əmna bir vaxt gələcək, sınacaqsan. Elimizin Türk deyiləni də zülm altındadı, Tat, Kürd deyiləni də. Elm öyrənəcəksən, biləcəksən ki, zülm altında olanların ataları da zülm altındadılar... Kimlərdi o atalar, hardadılar, nə üçün zülm altındadılar? Diqqətnən dinlə!.. Az-az iç bu məlhəmdən, dinlə və unutma!..” Uzun nitq uzun olduğu qədər də dumanlı oldu, Səmədin yaddaşının dərinliyinə gedib orda yatdı ki, bir də uzun illərdən sonra zülm altında olanların zülm altında olan ataları Muğlar-Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşsın. Məlhəm çaxırın təmi isə “Mənim əmim el atasıdı” sözlərilə bağlı idi. Bu təm Səmədin qürurunun, sevincinin, fərəhinin təmi idi. Həyəcanla dolu, uğultulu sükut içində əməlli başlı boğulduğu, gözlərinin qaraldığı dəqiqədə qrafindən başına çəkdiyi çaxır, Səmədi dünənki, bugünkü hadisələrin burulğanından çıxarıb, vurğunu olduğu “el atası” Sultan Əmirliyə qovuşdurdu. Bayaq yolda onları Mirqəzəbin səpdiyi toxumdan bitib rayonu basmış çesuyçalılara nifrət birləşdirmişdi, indi isə məhəbbət birləşdirdi. Və elə bu məhəbbət də Səmədi göl dibində burulğandan qurtardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 dəq
Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 dəq
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 dəq
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 dəq

Başqa şairlərin şeirləri