Nə gündüzü, gecəsi var,Xəstələrdən neçəsi var,Rahat yata gərək onlar.Gül həyatlı həkimlər,Ağ xalatlı həkimlər.

Ürəklərin tacı olan,Bizə qardaş-bacı olan,Dərmanları acı olan,Ey nabatlı həkimlər,Ağ xalatlı həkimlər.

Gecə yarı, mən neyləyim,Ərşə qalxır istiliyim.Sizi görən xəstəliyimOlur atlı, həkimlər,Ağ xalatlı həkimlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri