Bir səma altında neçə bahar-qış,Bir isti ocaqda, bir ailədə,Demə, səadətlə yaşayırıqmış,Xəbərimiz yoxdur bircə gilə də…

Demə, hər günümüz bir nağıl imiş,Bu ölməz nağılı görmürük ancaq.Demə, ömrümüzün gül çağı imiş,Hər gün səhər-səhər birgə oyanmaq…

Qapı-pəncərəni tez irahlayıb,Günəşin üzünə açmağın özü…Yataqdan cüt baxan qoşa çarpayı,Eyvanda cüt duran başmağın özü…

Gecələr sakitcə bir yerə girmək,

Doğma bir balınca baş qoymaq hər gün…Hər gün bir-bilinin halını bilmək,Birgə ömr evinə daş qoymaq hər gün…

Gah bərkdən, gah da ki, asta danışmaq,Gahdan acıqlanıb özünə gəlmək.Bəzən hər şey üstə küsmək, barışmaq,Hətta bir-birindən cəzana gəlmək…

İki ömrə düşən birgə qəm, həsrət,Hər cür ağrı, acı, küsü sən demə.Elə səadətmiş, elə səadət,Elə xoşbəxtlikmiş özü sən demə…

Həyat yollarını döyən qar-yağış,Gah bir gözümüz ac, bir gözümüz tox…Demə səadətlə yaşayırıqmış,Amma əsla bundan xəbərsiz yox…

Dözüb hər əzaba, hər çətinliyə,Üç oğul böyüdüb gəlin gətirmək.Birgə sinə gərmək dərdə, möhnətə,Birgə neçə-neçə əziz itirmək…

Ya xəstə olanda, naxoş olanda,Həkimlik eləmək bir-birimizə,Ev sakit olanda, ev boş olanda,Elə lal dayanıb baxmaq göz-gözə.

Birgə yasa getmək, şənlikdə olmaq,Bir yerdə ağartmaq qara saçları…Birgə sinə gərmək, birgə uçurmaq,Çox maddi, mənəvi ehtiyacları…

Söykənmək qəlb-qəlbə, nəfəs-nəfəsə,Özü ilahidən bir nemət imiş…Hər gün bir-birini sağ görmək isə,Demə, ən əvəzsiz səadət imiş…

1988.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri