İtib yollarımın yolu,Sənin ölümündən sonra…İtirmişəm sağı-solu,Sənin ölümündən sonra…

Fani dünya heçdi-necə?

Şahlıq quşum uçdu-necə.Ölüm adiləşdi necə,Sənin ölümündən sonra…

Bu dünyaya yox ta sözüm,Qarışıb gecəm-gündüzüm.O dünyada qalıb gözüm,Sənin ölümündən sonra…

Soyuyub isti evimiz,Tutqun dənizdi evimiz,Laldır, dilsizdir evimiz,Sənin ölümündən sonra…

Mən göl idim, sonam oldun,Anam getdi-anam oldun.Ömür mənə haram oldu,Sənin ölümündən sonra…

Vaxt gələcək yetişəcək,Çox yaralar bitişəcək,Milyard illər ötüşəcək,Sənin ölümündən sonra…Mənim ölümümdən sonra…

1989.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm