Sən gör harda, mən gör harda,Dərd soldurdu, gülüm, səni…

Mən evdəyəm, sən məzarda,Ta yetməyir əlim sənə…

Bir qırpımda yollar aşdın,Dağlar keçdin, yollar aşdın,Min il məndən uzaqlaşdın,Hara atdı ölüm səni…

Otuz ildir bir can idik,Bir-birinə mehman idik,Bu nə hökmü fərman idi,Bir də necə görüm səni…

Dağım-dağım dağılırım,Yana-yana bağırıram,Ha adını çağırıram,Çatmayırmı ünüm sənə?

Gözlərimdə yaş quruyub,Gül sinənə daş qoyulub,Yastığa tək baş qoyuram,Boş qalıbdır yerin sənin…

Dəhşətlərdən, ağrılardan,Yatammadım zaman-zaman,Ta əbədi yuxudasan,Yuxun olsun şirin sənin…

1988.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri