Qatdım əsir zülfi-pərişanə könlümü,Atırmasa o silsiliədən şanə könlümü.

Xatircəməm, qara günə əzbəs ki, tabı var,Üz ağ edəndi, göndərə hər yanə könlümü.

Düşmüş şikəst dəlv kimi abruydən,Salmaz o şux çahi-zənəxdanə könlümü.

Çıxmaz saçı xəyalı könüldən, tikib məgər,Memari-sünəfilərə xanə könlümü?

Dönə-dönə dedim gözə ki, dincələn deyil,Gözdən irağə qoyma bu divanə könlümü.

Həddi nədir mənimlə vura laf eşqdən,Yanmaqda çox görüb özü pərvanə könlümü.

Zakir, yer eylədim səri-ku itləri ara,Tapşırdım aşinalərə biganə könlümü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq