Yaşıdlar
İki həmyaş,Yavaş-yavaşQalxıb sülhü salamladı.Heç bir kəsə bəlli deyil,Onun adı, bunun adı.
Şəfəq endi...CilvələndiGözlərinin şüşəsində,Biri start meydanında.Biri Xəzər meşəsində.
Güldü sabah,Arzuya bax;Gör nə duyub, yanır hərə?Tərlan kimi şığıyacaqBiri göyə, biri yerə.
Anlar axır...Onlar baxır,Nə mavidir dəniz suyu!İndicə kəşf ediləcək,Kosmik fəza, kosmik quyu.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-yasidlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir