Səhifə 2 / 2 · 50%

Əvvəllər o, bu işi çox asanlıqla görə bilirdi: müharibə dövründə işçi qüvvəsi çatışmadığından, çox vaxt bu işlər səfərbərlik şəklində həyata keçirilirdi. Kosaoğlu fursotdən istifadə edir. kimdən xoşu gəlmirdisə, səfərbərliyə salırdı. Ancaq son vaxtlar vəziyyət dəyişdi. Bu il isə lap çətinləşdi. İlin əvvəlində Nəsib dayını ilk partiya təşkilatına katib seçdilər. Kosaoğlu elə zənn edirdi ki, Nəsib rayon mərkəzini buraxıb kəndə gəlməyəcək, lakin o, məmnuniyyətlə kəndə qayıtdı.

Nəsib dayı işi çox adi bir şeydən başladı. Partiya təşkilatı üçün otaq ayırdı. Kabineti səliqəyə saldı, bər axşam idarədə oturub camaatı başına yığmağa, vacib məsələlər haqqında onlarla söhbət etməyə başladı. Elə bu vaxtdan Kosaoğlunun suyu bulandı. Bu tərəfdən də İmran gəldi. O da elə ilk gündən ayrı hava çaldı.

Kosaoğlu idarəyə girdi. İçəridə heç kim yox idi. Pəncərədən süzülüm günəş şüaları döşəmənin ortasına düşmüşdü. Bir az əvvəl idarəni süpürən Gövhər qarının qaldırdığı toz işıq zolağında qaynaşırdı. Aftafanın lüləyindən tökülmüş əyri-üyrü su zolaqları da tozu yatırmamışdı. Kosaoğluna elə gəldi ki, bir az da burada dayansa boğulacaq. O, eyvana çıxıb dirəyə söykəndi. Yenə də əlindəki çubuğu yonmağa başladı. Günün istisi onu əzirdi. Bir-iki dəfə gərnəşib əsnədi. Yuxudan ayılmış kimi ətrafa baxdı.

İdarənin qabağındakı arxın suyu şırıltı ilə axırdı. Cərgə ilə düzülmüş qələmlər yarpaqlamışdı. Meyvə ağacları çiçək açmışdı. Alçalar ağ dona bürünmüşdü. Arılar vızıltı ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu. Harada isə hop-hop oxuyurdu. Günəş altında yatan itlər hərdən başlarını qaldırıb tənbəl-tənbəl hürürdülər.

Kosaoğlu burada da darıxdı. Eyvandan enib xırman yerinə getdi. Orada da kimsə gözə dəymirdi. Saman yığılan yerlərdə zərif, yamyaşıl buğda cücərmişdi. Quşlar dəstə ilə orada eşələnir, pırıltı ilə uçuşub ağaclara qonurdular.

Kosaoğlu veyllənə-veyllənə gəlib təpənin üstündə dayandı. Təpənin döşü yamyaşıl idi. Balaca bir oğlan dizinin üstünə qoyduğu kitabı yeknəsəq ahənglə bərkdən oxuyur, arabir də göylükdə otlayan ala quzulara, atılıb-düşən təpəl çəpişə baxırdı.

Aram-aram vurulan zəngin səsi gəldi. Məktəbin həyəti uşaqlarla doldu. Kosaoğlu çantasını qoltuğuna vurub ötüşən oğlanlara, başı kəlağayılı balaca qızlara baxdı. İndi də ona səs-küy xoş gəlmədi. Asta-asta təpədən endi. Nəhayət, Kosaoğlu evə qayıtdı. Armud ağacının altında, "Pobeda"nın yanında dayanmış şoferi çağırdı:

– Məmməd, maşını yola çıxart!

Bir az sonra Kosaoğlunun maşını kənd yollarında cücərən zərif otların üstündə qoşa iz saldı. Kosaoğlu şoferin yanında yayxanıb oturmuşdu. Maşın quş kimi uçduqca çöllərin gül-çiçək ətri ilə dolu olan təmiz havası Kosaoğlunu xumarlandırırdı.

Qarşıda geniş tarlalar görünürdü. Traktorlar şumun içində hərlənirdi. Ortada qaçışıb, çiyid daşıyan qızların al-əlvan paltarları yellənirdi. Maşın arxların yaxasınca gedirdi. Şofer hərdən sürəti azaldır, cücərən pambıqları sədrə göstərirdi.

Yaşıl yemişan pöhrənliyinin arxasından ipək paltarlı bir qız çıxdı. Əlindəki günlüyü yelləyib dayandı. Maşın silkələnib durdu.

– Şahnaz, hara belə? - deyə şofer soruşdu.

– Briqadalara.

– Gəl otur, aparım.

– Yox, özüm gedərəm.

Kosaoğlu başını pəncərədən çıxartdı.

– Sənin pay-piyada bu çöllərdə nə işin var?

– Bəs neyləyim? Evdə oturmaqdan adamın bağrı çatlayır.

– Evdə niyə, xəstəxanan var, otur işini gör.

Şahnaz əzilib, yerində silkələndi.

– Belə havada xəstəxanada oturub onun-bunun yarasına baxmaq olar?

– Di yaxşı, burnunu sallama. Hansı briqadaya gedirsən?

– Nə bilim, hansına olsa.

– Di gəl otur.

Şahnaz qapını açıb arxada əyləşdi. Məmməd güzgünü düzəldib yerini rahatladı. Sonra qapını örtmək bəhanəsi üə geri dönüb Şahnazın üzünə baxdı və bənövşə dəstəsini onun qucağına atdı. Şahnaz bənövşəni götürüb qımışdı.

Məmməd gözünü güzgüdən ayırmadı. O, qabaqdakı yoldan çox güzgüdə gülümsəyən Şahnaza, onun qaynar gözlərinə baxırdı. Şahnaz da bunu hiss edərək əzilir, maşın atıb-tutduqca ağız-burnunu büzüşdürürdü.

Kosaoğlu isə fikrə getmişdi: "Yox, işi axıra çatdırmaq lazımdır. Ağzı qatıqlı bir uşaq mənim kimi adamı camaat içində biabır etmək istəyir. Nəsib də o deyəni deyir. - O, dərindən köksünü ötürüb çöllərə baxdı. - Heç bilmirəm, bu mərdimazar oğlu haradan gəlib çıxdı? Mağıl işimi sahmana salmışdım. İstədiyimiz qədər əkirdik. plan dolmayanda məntəqədən bir neçə ton satın alırdıq. İndi nə olsun? Artıq yer əkmə, əl-ayağını tərpətmə, özün də plan doldur. Yox, Kosaoğlu, adın-sənin var, ağlını oğurladib uşaq-muşaq sözünə baxma. Yenə öz bildiyin kimi elə".

Kosaoğlu İmranı evə çağırmasını, Şahnazın onun ətrafında fırlanmasını yadına saldı. Ovqatı təlx oldu. "Demək belə, yaxasını ələ vermək istəmir. Üstəlik, mənə meydan oxuyur. Yaxşı, eybi yoxdur!" - Maşın körpüdən keçib Kazımın sahəsinə buruldu. Kosaoğlu hələ uzaqdan İmranı tanıyıb dişini qıcadı: "Köpək oğlunu görəndə elə bil qutuda ilan görürəm".

Şahnaz yedəyində at düşərgənin yanında dayanmış İmranı görən kimi əlini Məmmədin çiyninə vurdu.

– Saxla!

– Kosaoğlu bir qıza, bir də İmrana baxdı. Maşından çıxıb düşərgəyə yüyürən Şahnazın hərəkətindən dilxor olsa da, üstünü vura bilmədi.

Acıqlı-acıqlı Məmmədə sarı döndü:

– Sür görək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 9

Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.

195713 dəq
Üçüncü hissə, 1

Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?

195710 dəq
Üçüncü hissə, 2

Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.

195710 dəq
Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 dəq

Başqa şairlərin şeirləri