I fəsil, 4
Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.
Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığirçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin ise Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nətbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.
Güllügilin dəyəsi Ömər koxagilin dəyəsinə yaxın idi. Ömər koxa enli kürəkli, uzun, qalın saqqallı bir kişi idi. Başına saçaqlı papaq qoyardı. Uzun arxalığının altından belinə enli qurşaq bağlardı. İri gümüş xəncəri vardı. Güllü göz qoymuşdu: kişi hər səhər örüşdən sağına qayıdan mal-qara ilə birlikdə gəlir, dəyənin qabağında atdan düşür. Xal-xalda fırlanan qoç Ömər koxanı görən kimi sahibinin yanına qaçır, başını aşağı salıb kişiyə hücuma keçirdi. Ömər koxa onun buruq-buruq iri buynuzundan yapışıb boynunu qanırırdı. Beləcə xeyli oynadıqdan sonra qoç xalxala qayıdır, Ömər koxa isə alaçığa girirdi. Güllü bir neçə dəfə gəlinlərə qoşulub ona qulluq da etmişdi. Görmüşdü ki, kişi pörtdəmə (bişirilmiş bir quzunun yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla bal içirmiş, sonra da yastığa dirsəldsnərəək çay istəmişdi. Güllü bir-iki dəfə gəlinlərdən qabağa düşüb ona çay vermişdi. Deyəsən kişinin də qızdan xoşu gəlirdi. Onu "A Güllü-pullu qızım, günün ağ olsun, bir stəkan çay ver", - deyə buyurmuşdu da.
Omər koxanın Şamil adlı bir oğlu da vardı. Bığ yeri yenicə tərləyirdi. Güllü hiss etmişdi ki, nədənsə özü də bilmədən Şamili görəndə ayaqları dolaşır, ürəyi guppuldayırdi. Tez qaçıb dəyələrin arasında gizlənirdi. Hətta bir-iki dəfə özünə gülməyi də tutmuşdu. Ürəyindən keçirmişdi ki, adamın Ömər koxa kimi bir qayınatası ola.
Bir gün el dağdan arana köçməzdən xeyli əvvəl arvadlar xısınlaşmağa başladılar ki, Ömər koxa kiçik gəlinini öldürəcək. Gəlin alt tumanını itirib. Bu, biabırçılıq idi. Qızın ya gəlinin alt tumanını itirməsi namusunu itirməsi demək idi. Namusunu itirənin eybini isə yalnız qara torpaq örtməli idi.
Yazıq gəlinin gəzmədiyi yer qalmamışdı. Dəyənin içini ələk-vələk eləmişdi: yorğan-döşəyin arasına, keçələrin-kilimlərin altını, çətənlərin dalını, nəmilərin. tejənlərin içini belə axtarmışdı. Tuman birparça yağlı əppəyə dönüb cinbata çəkilmişdi. "Kaş qollarım sınaydı, o gün paltar yumayaydım, tuman-köynəyə əl vurmayaydım. Axı, mən gecə heç kəs görməsin deyə, paltarı dəyənin böyrünə, ipin üstünə sərmişdim. Hamıdan qabaq durub, gecə sazağından təpimiş paltarı yığanda gördüm ki, tuman yoxdu. Bu nə təhər şeydi? Oğru gəlsəydi, paltarın hamısını aparardı. Bir də paltar oğrunun nəyinə lazımdı? Onlar gələndə at çapıb ilxı qovur, sürü aparırdılar. Yox, bu, namusa sataşmaqdı. Görünür, kiminsə bizimkilərlə düşmənçiliyi var, haqq-hesab çəkirlər. Başım batsın, boynum sınsın, öləsiyəm". Kişi də gözə görünmürdü, gəlin də. Gəlin dəyənin bir küncünə qısılıb için-için ağlayırdı, kişi isə alaçıqda, döşəkçənin üstünə uzanıb hoylundan gəhildəyirdi.
Bir axşamüstü Güllü qorxa-qorxa dəyəyə yaxınlaşdı. Çətənin arasından içəri boylandı. Astadan gəlini çağırdı.
– Bir bəri dur, sözüm var. Bibim deyir ki, dünən səhərin ala toranında gördüm ki, camış nəsə yeyir. Bəlkə üzülmüşün yediyi elə həmin şeydi.
Güllü kölgə kimi çəkilib getdi. Gəlin donub qaldı. Gözünün yaşı qurudu. Amma bilmədi bu sözü kimə və necə desin.
Ömər koxa Güllünün sinə-sinə gəldiyini və getdiyini görmüşdü. Amma gəlinə nə dediyini eşitməmişdi. Ancaq ürəyinə dammışdı ki, nəsə qızda bir xəbər var.
Dalınca uşaq yolladı. Güllü gəldi. Qorxusundan alaçığa girmədi. Ömər koxa səsinə mülayimlik verdi.
– Gəl görüm, Güllü-pullu qızım, səndən söz soruşacam.
Qız içəri girdi. Titim-titim titrəyirdi. Ömər koxanı heç belə heybətli görməmişdi.
– Bayaq dəyənin böyründə gəlinə dediyin nəydi?
Güllü dili-dodaği tapimiş halda dediklərini söylədi və gördü ki, kişinin qan sağılmış gözləri elə bil işıqlandı, deyəsən sifəti də açıklı, dodaqlarında gülüşə bənzər bir şey sezildi.
– Çox sağ ol, qızım.
Güllü bu sözləri icazə kimi başa düşüb alaçıqdan çıxdı.
Ömər koxa dərhal ayağa durdu. Alaçıqdan çıxıb xalxala yaxınlası onun beş sağmal camışı vardı, bir də ərəmiyi. Onların yan-yörəsin dolandı, yatıb gövşəyənlərini ayağa qaldırdı. Təfərrinclə yanlarına qarınlarına baxdı, əlini iri xəncərin dəstəyinə uzatdı, amma nə fikirləşdisə, əl saxladı. Asta addımlarla alaçığa qayıtdı. Elə pallı-paltarlı döşəkçənin üstünə uzandı. Düz iki gün idi, qoymurdu ki. çırağı yandırsınlar. İki gün idi ki, dilinə çörək də dəymirdi. Qorxudan yanına gələn də yox idi. Amma indi içini arıtlayıb, bir-iki dəfə öskürdü. Qonşu dəyədə hərəkət başladı, kişiyə çay-çörək gətirdilər.
Səhər tezdən, gün yenicə çıtdayıb mal-qara örüşə haylananda Ömər koxa camışları qoymadı xalxaldan çıxartsınlar. Onun işarəsi ilə camışlardan birini gətirib, dərənin dikdirində boğazladılar. Dərisini soymadan qarnını yardılar, mədəsini, bağırsaqlarını bayıra tökdülər. Hər şeyi doğram-doğram elədilər. Heç nə başa düşməsələr də, nökərlər kişinin göstərişi ilə ikinci camışı gətirdilər. Onu da birinci kimi boğazlayıb doğradılar. Ömər koxanın üzü tunc kimi bozardı. Qalın qaşları pırpızlandı və gözləri qan çanağına döndü. Əlini xəncərin dəstəyinə uzadıb tiyəni yarıyacan qından siyirdi.
– O birini gətirin!
Nökərlər xalxaldan ərəmiyi gətirdilər. Camış öləcəyini başa düşmüş kimi başını dik tutub mələdi. Amma onu qomarğalayıb dərənin qaşına gətirdilər. Ərəmik kəsilmiş başları və laxtalanmış qanı görən kimi iri buynuzu ilə ətrafındakıları dağıdıb aradan çıxmaq istədi. Amma gözünü açmamış kəməndə salıb boynunu qanırdılar. Dizini yerə gətirib ayaqlarını çatdılar, xəncəri boğazına çəkdilər, qarnını yardilar, içini bayıra töküb doğradılar və birdən xəncər bir əski parçasına dəydi-Ömər koxa dərindən nəfəs alıb, bayaqdan qınından yarıyacan siyirdıyi xəncəri şaqqıltı ilə qınına qoydu.
– Bəsdi!
Nökərlər əl saxladılar.
– O əskini mənə verin!
Heç nə başa düşməsələr də, dinməz-söyləməz deyilənə itaət etdilər. Ömər koxa alaçığa yaxınlaşanda geri döndü.
– O leşləri doğrayıb, itlərin qabağına tökün!
Alaçığa gələn kimi gəlini çağırtdırdı. Əlindəki əskini əsim-əsən gəlinin başına çırpdı və qulağının dibinə dalbadal iki sillə çəkdi.
Köpək qızı, tumanını belində saxlaya bilməyən gəlin mənə lazım deyil, rədd ol mənim evimdən!
Elə o gecə gəlini atası evinə yola saldılar. El yaylaqdan arana dönəndən bir az sonra isə onun meyitini Gəmi qayanın alt tərəfindən -pilləkənin yanından tapdılar.
Aylar dolandı, illər keçdi, Güllü Alqazaxlılann gəlini oldu, oğul-uşaq böyütdü. Balacalıqdan ürəyində nisgil kimi qalmış bir arzu sonradan Çıraq oğlu Şamilin qızı Qönçəni görəndə cücərdi. "Özüm ona gedə bilmədim, Ömər koxanın zəhmindən zəhrim yarıldı, indi onun nəvəsini oğluma alıb qohum olacam", - deyə ürəyindən keçirdi və əri ilə məsləhətləşdi. Bir aydan sonra cah- cəlalla toy edib Qönçəni oğlu Şəmistan ağaya gəlin gətirdi.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-i-fesil-4
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:
Dördüncü hissə, 13Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.
Dördüncü hissə, 14Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?
Dördüncü hissə, 15Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarıqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.
Başqa şairlərin şeirləri
شمع در پرده و پروانه سرگردانند
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.