Səhifə 2 / 2 · 50%

Ömər koxanın həyətində düz iki gün idi toy vurulurdu. Axşamlar ismar olurdu, gündüzlər cıdır – dirədöymə. Ömər koxa düz iki gün idi ki, bunlara tamaşa edirdi. Hər yerdə də gözləri ilə nəvəsi Ələddini axtarırdı. Onu cıdıra çıxanlar, dirədöymə oynayanlar arasında görməyəndə korun-korun qovşurulurdu. Nə qədər çalışsa da, nakam balasını unuda bilmirdi.

Dərəyə enəndə atı saxladı. Ayağını üzəngiyə qoyub yəhərə qalxmaq istədi və ömründə ilk dəfə bədəni ağırlıq elədi. Ata minə bilmədi. Kişini elə bil ildırım vurdu. Başını atın böyrünə söykədi. At oxrandı, sonra qanrılıb dodaqlarını kişinin boynunda, sifətində gəzdirdi. Elə bil atın bu hərəkətindən kişi ürəkləndi. Başını qaldırıb ayağını üzəngiyə qoydu və cavanlıq illərində olduğu kimi sıçrayıb yəhərə qalxdı. Sahibini belində hiss cdən kəhər kişnədi və cığırla birbaş sahilə endi.

Kür coşmuşdu. Bu tərəflər yarğanla silələnmişdi, o biri tərəfdə isə meşəni ağzına almışdı. Ömər koxa sahilə çatanda özünü suya atmaq istəyən atın cilovunu dartdı və boynunu qanırıb yarğanın qaşı boyu ağaran cığıra saldı.

"Eh, gidi dünya, - deyə düşünməyə başladı. - Deyəsən köçümü sürürəm. Sümüklərim ağırlaşıb. Gör işin ne yeridi ki, atın belinə qalxa bilmirəm. Atın yalından yapışıb Kürü bir nəfəsə o üzə keçən Ömər koxa indi ayağını üzəngiyə güclə qoyur. Hanı at oynatdığım qarda, boranda?"

Gəmi qayanın dikdirinə çıxanda atın cilovunu dartdı. Gözünü o taya - Qarayazıya zillədi. Meşə qalınlaşmışdı. İri qovaqlar baş-başa verib elə bil sahil boyu çəpər çəkmişdilər. Kür qol-budağa ayrılmışdı. Bu qolların bəziləri adaya çevrilmiş kiçik cələlərin başına dolanır, bəziləri burula-burula cələlərin üstündən aşır, bəziləri şütüyüb meşəyə axır, bəziləri də yarğanlara çırpılırdı. Ömər koxa xeyli uzaqlara, Qarayazının o tayında bozaran Ceyran çölün boz dağlarına, üfüqdə göyün üzünə səpələnmiş topa-topa ağ buludlara baxdı. Sonra nəzərlərini hərləyib Kürün üstünə yeriyən və sahildə sularla əlbəyaxa olan meşəyə baxdı. Kür yatağını xeyli dəyişmişdi. İndi Kürün vadisinə çevrilmiş yerlərdə çəmənlik vardi. Həmin yerlərdə mal-qara otlayar, at kişnəyər, buğa heykirərdi. Səhər tezdən, ya da axşamüstü marallar meşədən çıxıb sürü ilə Kürə, su içməyə gələrdilər. Nədənsə onların ayağı kəsilmişdi. Ömər koxa çoxdandı onları görmürdü. Gecələr də oturub ətrafı dinşəmişdi. Nə maral buğası heykirirdi, nə də düyələr mələşirdi. Arama çaqqal-tülkü vaqqıltisından qulaq tutulurdu. Meşədəki cələdən azıb-tazıb gələn bu murdarlar az qalırdı kəndin içinə dolsunlar. Kişinin xəyalından çox şeylər gəlib keçdi. Qarayazıdakı binələr, yaylağa qalxan üstü düyəli kənd arabaları, mal-qoyun sürüsü, ilxılar, at çapan, tüfəng atan neçə igidi yadına saldı. Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. Burada gəmi işləyərdi. Ömər koxa yadına saldı ki, həmin gəmi iri, nəhəng qovaq ağacından düzəldilmişdi. Düzəldilmişdi deyəndə, ağacı havaxtsa, kimsə kəsmiş, onun içini təknə kimi ovmuş, burun tərəfini nazülmiş, arxa tərəfini isə enli eləmişdi. Bu gəmi böyük və tutumlu idi. Onun içinə iki-üç araba sürür, qoyun-quzu dolduruırdular. Gəmini on-on beş adam dartıb çay yuxarı aparır, orada girmədə gəmiçi uzun çəplə gəmini arxadan itələyirdi. Gəmi nə qədər ağır olsa da, şütüyüb suyun ortasına gəlirdi. Ömər koxa o günləri yada saldı. Özü gəmiyə oturub atın yalından yapışdığını və atını gəminin böyrü ilə qarşı sahilə çıxardığını xatırladı. Köksünü ötürdü. İllər Kürün suları kimi çoxdan axıb getmişdi, lap çoxdan.

O tayda Kürün qolu torpağı yarıb özünə yol açmışdı. İri, qollu-budaqlı, uca bir qovaq ağacı təklənmişdi. Sular onun ətrafında burulur, ayaq tərəfdən qovağı yalayırdı. Ömər koxanın gözü bunu aldı. Sular ilan kimi qıvrılır, ağacın ətrafında burulur və ağacın kökü işləmiş torpağı yuyurdu. Qovaq bu həmlələrdən vahimələnmiş kimi titrəsə də, əyilmirdi. EIə bil boz-bulanıq sular bundan qəzəblənib ağacın kökünü qurd kimi eşirdi. Ağac titrədi, silkələndi və birdən yerindən oynamış dağ kimi nərilti ilə suya sərildi. Ömər koxa diksindi, at da ayağı ilə yeri eşib kişnədi. Sular qovağı bürüb-büküb qabağına aldı, fırlada- fırlada ortaya, Kürün dərin yerinə gətirdi. Ömər koxa atın başını qanırdı və gəldiyi yolla geri qayıtdı. Heç yerə dönmədi, heç yerə qanrılmadı. Bir-baş evlərinə gəldi. Atı tövləyə bağladı, yəhərini aldı.

Axşam sərini düşmüşdü. Cavanlar xırmanı dövrələmişdilar. Zurnaçılar indi də oyun havası çalırdılar. Oynayanlar qoşalaşmışdılar. Ömər koxa ayaq saxladı. Bir xeyli qol qaldırıb süzən kəlağayılı qızlara, çərkəzi paltarlı oğlanlara baxdı. Tez-tez şabaş verirdilər. Dəfçinin alnına pul yapışdırıb qulağına nəsə deyirdilər. Dəfçi isə cuşa gəlib çomağı dəfə daha bərk vurub ucadan qışqırırdı: "Yaşasın oynayan qardaşıynan", "Oynayanın nişanlısı sağ olsun". Ömər koxa gülümsündü və nəzərə çarpmadan eyvana qalxıb otağına keçdi. Gəlini çağırdı.

– A bala, tez elə, taxtın üstündə mənim yerimi sal.

Gəlin sürüşmüş yaşmağını yuxarı qaldırdı və təəccüblə qayınatasına baxdı. Gözləri kişinin gözlərinə sataşanda yenə səssizca bayıra çıxdı. Yenicə yuyulmuş dümağ tuman-köynəklə geri qayıtdı. Ömər koxa gözaltı paltara baxdı.

– Aftafa-ləyən, isti su, bir də qayçı gətir.

Gəlin bu dəfə də heç nə demədi. Bayıra çıxmağı ilə geri qayıtmağı bir oldu. Elə bil hər şey əvvəlcədən hazır imiş.

Ləyəni ilıq su ilə doldurdu. Kişinin ayaqlarını soyundurdu. Suya salıb sabunladı. Barmaqlarını, topuğunu ovxaladı. Dizinə qədər tərtəmiz yudu. Sonra qayçını götürüb qayınatasının dırnaqlarını tutdu. Quruladı. Kişinin fikrindən keçənləri başa düşüb, sarı, iri lüləli aftafanı götürdü. Ömər koxa aşağı əyildi. Dəstəmaz alırmış kimi qollarını dirsəyə qədər yudu. Gəlin su tökdü. Boynunu, üzünü, qırxıq başını da tərtəmiz yudu. Dəsmalla quruladı.

– Günün ağ olsuıı, qızım. İndi get paltarımı dəyişim.

Gəlin aftafa-ləyəni götürüb otaqdan çıxdı. Geri qayıdanda gördü ki, qayınatası yorğan-döşəkdə uzanıb.

– İndi get, Şamili yanıma çağır. Amma elə elə ki, heç kəs duyuq düşməsin.

Gəlin yenə aşağı sürüşmüş yaşmağını yuxarı çəkdi. Amma bu dəfə otaqdan çıxmazdan əvvəl qayınatasının üzünə baxdı. Gördü ki, kişi pəncərədən bayıra, çalıb-oynayanlara baxır.

Şamil içəri girəndə mat qaldı. Kişi dümağ köynəkdə, təmiz yorğan-döşəkdə uzanmışdı. Sinəsinə yayılmış uzun, ağ, pilə kimi saqqalı köynəyindən seçilmirdi. Şamil atasının ömründə günün bu vaxtı yorğan-döşəyə girməsini görməmişdi. Dinmədi. Gözlədi ki, atası gözlərini pəncərədən çəksin.

Ömər koxa yavaş-yavaş yönünü oğluna tərəf çevirdi.

– Gəldinmi, bala, yaxın otur.

Şamil yorğanın ucunu qaldırıb kişinin böyründə oturmaq istədi.

– Yox, bala, elə otur ki, gözüm səni görsün.

Şamil yerini dəyişdi və atası ilə üzbəüz oturdu.

Ömər koxa xeyli dinmədi. Gözünü tavanda, divarlarda gəzdirdi. Sonra oğlunun üzünə baxdı. Şamil ömründə ilk dəfə onun gözündə yaş gördü. Təntidi. Kişi oğlunun kövrəldiyini başa düşdi.

– Toxtaq ol, bala, mən dövranımı çoxdan sürmüşəm. Tay-tuşlar da çoxdan haqq dünyadadılar. Tək qalmışam. Əslinə baxsan, mən bu dünyada ləngimişəm.

– Tək niyə olursan, ata!

– Mən nə dediyimi bilirəm, oğul, köçümü sürmək vaxtı yetişib.

– Bu nə sözdü, maşallah sənə nə olub?

– Sözümü kəsmə. Bilirəm. Yuxumu da görmüşəm. Mən bir azdan, şər qanşanda haqq dünyasına qarışacam. Sənə iki vəsiyyətim var. Biri odur ki, mən öləndən sonra çalış, araya qan düşməsin. Onsuz da dünya qana çalxalanır. Belə getsə, deyəsən, adamları bir-birinin üstünə qaldırıb üz-göz edəcəklər. Araya qırğın salacaqlar. Divan-dərəyə lotu-potular yığılıb, bala, ehtiyatlı olun. Bir- birinizdən göz-qulaq olun.

– Kişi nəfəsini dərdi. - ikinci vəsiyyətim də, odur ki, toyu yarımçıq qoymayın. Ta gəlin evə gələnədək heç kəs bunu bilməməlidi. Dost var, düşmən var. Elə elə ki, mənim ölümümə nə sevinən olsun, nə ağlayan.

– Ata!

Ömər koxa əlini yavaşca yuxarı qaldırıb oğlunun sözünü kəsdi.

– Di get, ıışaqları bir-bir çağır halallaşım. Vaxtıma az qalıb. Amma elə elə ki, heç kəs heç nə başa düşməsin.

Bir azdan kişinin yatdığı otağın qapısı açılıb-örtüldü. Ömər koxanın övladları, gəlinləri, nəvə-nəticələri babalarının yanına gəldilər ki, onun əlini öpsünlər. Qoca isə körpələrin başını tumarladı. Hamı gedəndən sonra Şamilə qapını bağlatdı;

– Qaranlıq qarışmamışdan gedin, gəlini gətirin. Oğul, indi də zəhmət olmasa, yönümü qibləyə çevir.

Doğrudan da qaranlıq qarışanda Ömər koxa oğlu Şamilin gözü qabağında elə bil yuxuya getdi. Şamil yorğan-döşəkdə yatan bu pilə saqqallı, Bayaz sifətli kişinin atasımı, yoxsa müqəddəs bir məxluqmu olduğunu xeyli müddət ayırd edə bilmədi.

Bayırda, xırmanda isə lopaları yandırmışdılar. Bu lopaların işıqları pəncərə şüşələrindən süzülərək rahat yuxuya gedən nurani qocanın sifətində, saqqalında oynayırdı.

Zurna zilə çəkmişdi. Kənd gözəlləri, kənd cavanları qoşa-qoşa oynayırdılar. Dəfçinin səsi geldi: "Sağ olsun oynayanlar nişanlılarıynan!".

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, 3

Tərtəmiz süpürülüb təmizlənmiş otaq başdan-başa gəbə ilə döşənmişdi. Pəncərənin pərdəsi asılmış, otuzluq çırağın fitili azacıq qaldırılmışdı. Yuxarı başda iki döşəkcə və zər bafta ilə işlənmiş qızıl qotazlı məxmər mütəkkələr qoyulmuşdu. Molla Sadıq çiynində əba, otaqda gəzinə-gəzinə təsbehinin iri, kəhrəba muncuqlarını şaqqıldadırdı. Ayağında təptəzə naxışlı corab var idi. Yumşaq gəbələrin üstündə səssizcə gəzdikdə elə bil bu rahatlıqdan ləzzət alırdı. Əslində, içə çox narahat idi.Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o, iki gün evdən bayıra çıxa bilmədi. Türbədən gələn qonağı elə gecə ikən, bir dəstə atlı ilə yola saldı, qapıya tüfəngli keşikçilər qoydu. O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, çal-çəpərinə od vurub, evi gülləyə basacağını gözlədi. Əl altından qohumlarına və Sadıq müridlərinə xəbər göndərdi, ehtiyatlı olmalarını tapşırdı. Ancaq ertəsi günü arvadlar ona xəbər gətirdilər ki, Şahnigar özünü asmışdır. Molla Sadığın qaşı çatıldı, xeyli fikrə getdi.

195714 dəq
Üçüncü hissə, 4

Əşrəf meşənin qurtaracağında atın cilovunu çəkdi. Kürün lil qoxusu verən sərin havası onun üzünə vurdu. At bərkdən kişnədi. Tapdıq da yüyəni dartdı.Kürün sahili köçərilərin düşərgəsinə çevrilmişdi. Arabalar bölük-bölük dayanmışdı. Yulğunluqların içi mal-qara ilə dolmuşdu. Uşaqlar dana-buzovları, sığırçılar isə malları bir-birinə qarışmağa qoymurdular. Yuxarılara yağan yağışdan sonra hava bürkülənmişdi. Nəfəs almaq olmurdu. Tələm-tələsik ocaq qalayıb qazan asan arvadların, arabaların yanında qaçışan tumançaq uşaqların, heyvanları sulayaıb sığırçıların səsi bir-birinə qarışmışdı. Milçəklər, göyöyünlər mallara dinclik vermirdi.

195711 dəq
Üçüncü hissə, 5

Pakizə Əşrəfi ilk dəfə yaxından hələ üç il bundan əvvəl görmüşdü. Onda qızın on dörd yaşı yenicə tamam olurdu. Bu elə o vaxt idi ki, Pakizə özündən böyük qızlara qoşulmağa çalışır, gəlinlərin söhbətindən, zarafatından xoşu gəlirdi. Onlar Pakizəni uşaq zənn etdiklərindən çəkinmir, onun yanında öz ərlərindən baməzəliliklə danışır, hətta toy gecəsi xatirələrini bütün təfərrüatı ilə söyləyirdilər, Pakizə bihuşedici gül qoxulamış adamlar kimi məstliklə qızların öz nişanlıları ilə necə görüşdüklərini təsəvvüründə canlandırmağa və ilk öpüşün ləzzətinin nədən ibarət olduğunu duymağa çalışırdı. Nə isə dumanlı, eyni zamanda sehrli bir maraq onu özünə cəlb edirdi.Pakizənin ömründə ilk dəfə oğlan baxışının, kişi təmasının nə demək olduğunu duyması da elə bu dövrə təsadüf edir. İndi o həmin an aydın şəkildə tez-tez təsəvvüründə canlandırır, o vaxt olduğu kimi indi də dumanlı və sehrkar bir duyğunun şirinliyindən məst olurdu...

195714 dəq
Üçüncü hissə, 6

Zərnigar xanım ərinə nə qədər nifrət etsə də, onun əlindən yanıqlı, ürəyi dağlı olsa da, kişini unuda bilmirdi. Hərdənbir xəlvətə çəkilib gizlincə ağlayır, Cahandar ağanın halını düşünürdü. O, hiss edirdi kişi sınıqdır, daha əvvəlki hay-harayı yoxdur. Şamxalın ayrılıb getməsi, bacısının ölümü onun belini bükübdür. Zərnigar xanım bəzən onu görmək istədiyini, heç olmazsa uzaqdan boyuna baxmaq arzusunun ürəyindən keçdiyini hiss edirdi. Arvad qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsədə, özü ilə mübarizə aparmağı bacarmırdı. Bəzən ərinin paltarının qoxusu burnuna dəyirdi, səsi qulaqlarında canlanırdı. Cod barmaqların təmasını çiynində, saçında, sinəsində hiss edirdi. Belə hallarda az qalırdı ki, durub birbaş qayıtsın. Arvad hiss edirdi ki, oğlunun yanında onun günü nə qədər xoş keçsə də, gəlini iki qızı başına dolanıb onun əlini isti sudan soyuq suya vurmağa qoymasalar da, nə isə bir şey çatışmır. O, ərinin xiffətini edirdi. Bir qadın kimi kişi hərarətinin, kişi nəfəsinin həsrətini çəkirdi. Axı, o hələ o qədər də yaşlı deyildi!Əşrəf gələndən sonra arvadın xəyalı daha da qarışdı. Oğlu məktəbdən qayıdanda onu Cahandar ağanın yanına buraxmayacağını qərara almış olsa da, ürəyi yumşaldı. O gördü ki, Əşrəf iki suyun arasında qalıb, nə atasından keçə bilir, nə də anasından. Bir də o, bu oğlunun da sınıq dolanmasını, atası ola-ola yetimlik çəkməsini istəmirdi. Ürəyindəki bütün kin və qəzəbə, qadın izzət-nəfsinin tapdalanmasına belə analıq hissi üstün gəlirdi. Zərnigar xanım hətta qəsdlənmişdi ki, oğlunu da götürüb geri, ərinin yanına, öz evinə qayıtsın. "Mən baş götürüb evdən çıxanda kimə nə eləyirəm? Günümün bundan ürəyimi ağrıyacaq? Bəlkə onlara da elə bu lazımdır? Əl-ayaqlarına heç kəs dolaşmaz. Zəhmət çəkib ev-eşik tikib cah-cəlal düzəldən mən, hazıra çıxan onlar? Ay Allah, sənin nə insafsız işlərin var! Mənim balalarımı niyə gül kimi soldurub ürəklərinə çal-çarpaz dağ çəkirsən? Mən nə günah sahibiyəm? Yox, gedəcəm. Kişi məni evdən qovmayıb ki? Özüm çıxıb gəlmişəm. İndi də qayıdacam. Balalarımı başıma yığacağam... Bəs ona necə dözəcəm? Gözüm baxa-baxa nər kimi kişini əlimdən o qoynuna salan o həyasızla necə bir damın altında yaşayacam? Allah, sən özün mənə rəhm elə!"

195716 dəq

Başqa şairlərin şeirləri