Cəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.Səbrim aldı təmam tərfə sənəmlər,Sənəmlərdə məzhəb ayadın nədir.

Bu dünyada varmı yardı yoldaşın,Fərhad külüngü çaldı yardı yoldaşın,Aləmlər cəm olsa yardı yoldaşın,Qonumun qardaşın ayadın nədir.

(Qurban) deyir, yarsız günə gündə mən,Xızra yetər ləblərindən gündə mən,Ziyarət hüsnə varam gündə mən,Təmam günlərim ayadın nədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri