Ayrı yollar var imiş...
Sevgi yolu... dərəsi bir, düzü birTutdun onu – astarı bir, üzü bir...Büdrəməsən, biri yüzdür, yüzü bir...Nə sayalı, saylı yollar var imiş!
Çoxda çoxa, azda aza qayıldım,Mən nəfsimi istəyimdən ayırdım.Sənin meylin əyiləndə ayıldım:Düzü kəsən əyri yollar var imiş!
Ömür boyu dan yerinə qol açdım,Qarlı dağdan qarlı dağa yol açdım,Bir ürəyin zülmətində yol azdım,Nə yaxşı ki, aylı yollar var imiş!
Bu dünyayla cəngə çıxam... yaşım az,Qalalarla bəhs etməyə... daşım az,Toz yükünü bir araba daşımaz...Nə sovqatlı, paylı yollar var imiş!
Üzün qara gözündəki kölgədən,Dilin batdı «nə bilimdə», «bəlkədə»,Bir ünvana döndüyümüz döngədənAyrı səmtə ayrı yollar var imiş...
11 avqust 1982
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-ayri-yollar-var-imis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir taleyin oyununda cütlənmiş zərik,Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Əlli il yaşadımƏlli il! Bəsimdir orta bir ömür,Taleyin hökmü də vaxtını bilir.
Mübarəkdi, mübarək!Andım, yoxdu – bu urvadı, bu duzdu.Andın varsa – quruşdan da ucuzdu.
Qara dəniz şərqisiYer əlimdən, göy telimdən öpürkən,Mən Koroğlu,
Başqa şairlərin şeirləri
Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,