Azərbaycan – dünyam mənim
Azərbaycan – qayalardabitən bir çiçək,Azərbaycan – çiçəklərin içində qaya.Mənim könlüm bu torpağıvəsf eləyərək,Azərbaycan dünyasındanbaxar dünyaya.
Azərbaycan – mayası nur,qayəsi nur ki...Hər daşından alov dilli ox ola bilər.«Azərbaycan!» – deyiləndə ayağa dur ki,Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,Oğulların göz atəşigözəl əridir.Azərbaycan şəhərinin bəbəklərindəQütb ulduzu,dan ulduzu gözəlləridir.İllər olub – kürrələrdə dəmir olmuşuq,Sərhədlərdə dayanmışıq küləkdən ayıq.Od gölündə,buz çölündə gəmi olmuşuq,Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,Dalğalandı Sabirlərinümman dünyası,Azərbaycan qatarı da yollara çıxdıDağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan – mayası nur,qayəsi nur ki...Hər daşından alov dilli ox ola bilər.«Azərbaycan!» – deyiləndəayağa dur ki,Ana yurdun ürəyinə toxuna bilər.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-azerbaycan-dunyam-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Son anımda qəlpələnmək istərəm –Araz boyu səpələnmək istərəm.
Vətən mükafatıHeç bir mükafatın yetmədi mənə,Bircə «sağ olun» da bəsimdi, vətən!
Başdaşımı kim öpəcək son dəfə?Başdaşımı kim öpəcək son dəfə? –Bir sən, bir də Vətən küləkləri.
YaşadımÖz ömrümü şum elədi öz əlim,Yazında gül, payızında xəzəlim.
Başqa şairlərin şeirləri · Vətən
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
Oy oda məniMən qürbətin qucağında yatıram,Bir kimsənəm yoxdu, oyada məni.