Xam otlağı yara-yaraGöy yastana çıxdı maşın.Bulud endi, çən çəkildiÜz-gözünə dağın-daşın,Dağlar məni tanımadı.

Qartal uçdu, bir daş qapıbKölgəsiylə ötüşmədim.Keçən ceyran sürəyininTozuna da yetişmədim,Dağlar məni tanımadı.

Şəlaləylə qurşaq tutanGünlərimi saldım yada;Çaya ayaq atan kimiYıxdı məni mamırlı daş,Dağlar məni tanımadı.

At istədim, bir dəli at,Şahə qalxdı sarı kürən,Yüyəninə əl atandaAyaq çıxdı üzəngidən,Dağlar məni tanımadı.

Döşdə bitən, daşda itənCığır, haray, çəhlim, haray...Selablara selələnməzGünüm haray, ilim haray!Dağlar məni tanımadı!

Haray saldım, mənəm, – dedim,Həmin uşaq, həmin cavan...Zirvələrdən dərələrəDaş enmədi harayımdan,Dağlar məni tanımadı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri