Mənim Naxçıvanım
Sinəmdə o yerin dağ havasıdır,Qaynar bulaqları qaynar qanımda.Mənim ürəyimin bir parçasıdırDoğma Şahbuzum da, Naxçıvanım da.
Bir bağban əli var təbiətində –Dağda çiçəyi bol, bağda barı bol.O, yaxın dostudur təbiətin dəYayda günəşi bol, qışda qarı bol.
Mən burdan baxıram bütün aləmə,Bu yerin qışı da yazımdır mənim.Axan çaylarına lal sudur demə,Onlar min nəğməli sazımdır mənim.
Seyr elə Arazı bir yaz səhəri,Bir tarix dil açır onun səsində.Bu yerin min dərdi, min də kədəriYazılmış Atabəy məqbərəsində.
Yaxşı bax, hər qara qayanın, dağın,Dibi Zərdüştlərin ocaq yeridir.O gündən üstündə ana torpağınQalan min yağının ləpirləridir.
Biz nöqtə qoymuşuq acıya, dərdəÖmrü ulduzlardan almışıq indi.Babamız qəm əkib, qəm biçən yerdəÇiçəkli bağ-bağat salmışıq indi.
Hanı Qəmküsarın qəm şəlaləsi,Qəlbində apardı neçə dərdi o.Çatsa qulağına bu günün səsiAyılıb adını dəyişərdi o.
Şəhərim çırağban, kəndim çırağbanKəhkəşan sinəmdən nur alsın deyir,Onun gecəsinin işıqlarındanO tayın gündüzü işıq istəyir.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-menim-naxcivanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səndən danışıram, Araz, ay Araz,Bulan da, durul da, səsimi dinlə.
Uşaq səsləriMən bir uşaq tanıyırdım, dəcəl bir uşaq,Xəyalının quş qanadı, yel atı vardı.
Soruşdum birindən, şairəmmi mən?Soruşdum birindən, şairəmmi mən?Özüm ki, özümü öyə bilmərəm!
QocaƏkdiyi çiçəklər göyərirhər bahar gələndə,
Başqa şairlərin şeirləri
به زندگانی من فرصت جوانی نیست
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Yazmam!Firidunbəy Köçərli cənablarına*“Yazmısan tazə nə şeylər? – deyə sordun məndən,
Könlüm ki, daima işrət sevərdiGözüm ki, üzünə səcdə edərdi,