Yazmam!
Firidunbəy Köçərli cənablarına
“Yazmısan tazə nə şeylər? – deyə sordun məndən,Ruhumun tarına mizrabzən oldun, qardaş!Sabir ilə belə məktubu çox aldıq səndən,Hər nə yazdıqsa, ona bani sən oldun, qardaş!Bir zaman Nasehü tərrah ilə Sabir, bəndə,Yaşayırdıq hamımız qəflət ilə fərxəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,Birimiz sağərə mail, birimiz cananə.Birimiz həcvdə Yəğma kimi çox mahir idi,Laübalı keçinirdi günümüz rindanə.O pərişan yuxudan sən bizi bidar etdin,Doğru, düz yolda çalışmaqlığa vadar etdin.
Leyk çox keçmədi dövran bizə bidad etdi,Ax, o cəmiyyətimiz tezcə pərişan oldu.Mövti-Tərrah o səfa bəzmini bərbad etdi,“Sabir öldü” – demirəm, şer evi viran oldu.Yazmağa mane olur təfriqə düşdüklərimiz.“Ağlaram yadıma gəldikcə gülüşdüklərimiz”.
Yazamam, məndən olubdur daha bizar qələm,Mən təfəkkürdə, o sakitliyə məcbur olmuş.Yazamam, boğmadadır ruhumu böhranü ələm,Xələcanlarla könül çarpmada rəncur olmuş.Boş kağızlarda qələm cızsa da göz yaşlarımı,Qıymaram heç unudam sevgili yoldaşlarımı.
Ah, o gözlər ki, nigahilə dilü didələrim –Açılırdı, daha bir də məni şad etməyəcək.O dodaqlar ki, gülümsənməyi ilə kədərim –Qaçılırdı, məni “Səhhət” – deyə yad etməyəcək.Ah, o gözlər yumulub tozlar ilə dolmuşdur,O dodaqlar bürüşüb qonça kimi solmuşdur.İştə bundan acı, bundan əzici qəm ki, bəşərAğlamaqdan da yenə dərdinə tapmaz çarə,Zədələndikcə, zəhərləndikcə bir də sevər –Ki, sürünsün yenə, çox ömr eləsin biçarə,Uşacıqlar kimi baziçələrə aldanaraq,Mütəsəlli olar, istər daha artıq yaşamaq.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-yazmam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İthaf“Sevdim səni”, hətta dedin “oldum sənə aşiq”,
Haşımbəy mərhum üçünHaşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!
ŞərarəEy qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!
Təxliyə yaxud qaçqınÖlü, səssiz, dumanlı səhradə,İştə bir əski şəhr məridir.
Başqa şairlərin şeirləri
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Leyli və Məcnun, fəsil 15Leylinin eşqi ilə Məcnunun ağlayıb sızlamasıMəcnun qohumların yalvarışından
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə