Dostum Mirzə Abdulla Şaiq cənablarına
Şaiqa, neyləsin axır, söylə, biçarə vətən?Tapmayır səhhət üçün dərdinə bir çarə vətən.Yoxdur ümmidi-şəfa hali-pərişanında,Oxşayır çox belə bir xəstəvü bimarə vətən.Vətən oğlanları müstəğrəqi-xabi-qəflət,Tuş olubdur neçə min zalimi-xunxarə-vətən.Doğranıb tiği-cəfa ilə mübarək bədəni.Çəkilib zülm ilə Mənsur kimi darə vətən.Ucalıb göylərə ətfali-vətən fəryadı,Qan ilə yazmış “ənəlhəq” dərüdivarə vətən.Vətən övladı ki, qəflətdə yatıbdır şəbü ruz,Şaki olmaz, nə əcəb, Əhmədi-muxtarə vətən.Hanı Faruqi-müəzzəm, hanı ol əzmi-qəvim –Ki, kəramət ilə qalib ola əşrarə vətən?Hanı ol şiri-xuda kim, özü yetsin dadə,Dinü millət gedir əldən, yanır odlara vətən?Hanı Bağdad kütubxanəsi, Harun dövrü –Ki, təvəffüq edə islam ilə küffarə vətən?İbni-Xəldun, hanı Əllamə, hanı ibnər-Rüşd?Fəxri-Razi hanı razın deyə ol yarə vətən.İbni-Sina hanı, Sədra hanı, Firdovsi hanı –Ki, mübahət edə bu əsrdə onlara vətən?!Bəradər!Biz əgər olsa idik ayeyi-qurana müti.Olmaz idik belə sərgəştəvü avarə vətən.Yenə bu dərdlərin çarəsi Bakidən olur.Çeşmi-ümmid tutubdur ora həmvarə vətən.Dəm o dəmdir ki, vuraq dəmi-ünsiyyət,Bəsdi bu cəhli-şəqavətlə yana nara vətən.Vətənin illətinə beyti şəfadır Baki,Bu məkandan tapacaq çarə dili-zarə vətən.Çeşmeyi-abi-həyat orda olur çün cari,Xızrı rəhbər qılıb ol mərdümi-huşyarə vətən.Xassə bu dərdə gözəl nüsxələr “İrşad” yazır,Gələr ol niqti-Məsiha ilə köftarə vətən.Çoxdur ümmid bu tədbir ilə tapsın Səhhət,Dəf olub illəti qəmdən dəxi qurtarə vətən.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-dostum-mirze-abdulla-saiq-cenablarina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ölü, səssiz, dumanlı səhradə,İştə bir əski şəhr məridir.
ŞairDəhrin fəna mübarizəgahi-həyatına,Hökmi-qəza əlilə atılmışdı bir səbi.
“Varsa doğru sözə həvəs səndə”Varsa doğru sözə həvəs səndə“Kəlniyət”, durma gəl bizim kəndə.
Teleqraf gündə verir xalqa xəbərTelqraf gündə verir xalqa xəbərBalkan əhvalına dair yalanı.
Başqa şairlərin şeirləri · Vətən
Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Göz yaşım ilə dönübdür qara torpaq çəmənəQürbət eldən köç edib gəldi xəyalım vətənə.