Babamın səsi
Babamın gür səsi vardı,Babam bəzənElə bərkdən danışardı –Az qalardı taxçadakıçıraq sönə.Yarpaqlartab gətirməzdigülüşününləpəsinə.Babam elə danışardı,Bəlkə də birQərbli qonaqDeyərdi ki,insana bax!Adətə bax!...O coşanda,O, qəzəblə danışandaDeyərdin ki, bu saatcaSinəsindən şir çıxacaq...Bəli, babam,Dağ oğluydu!Dağ sinəliolmalıydı.O, səsiniŞimşəklərlə cilalayıb,Gurşadlarla yumalıydı!Babama da bu gur səsi,Köhlən yoranBu nəfəsi –Miras verən babalardı.Min illəri yola salan
Bu dağlardı,Dərələrdi,obalardı.Qıjıltısı qulaq tutançay dərəsi –Keçməliydi onun səsi,Quzuların mələşməsi,Qartalların qıyıltısı,Arıların guyultusu,Dağ selləri,Dağ yelləriMaqnit olubSəsi-ünütutan yerdə,Ağız açan mağaralarTop nərəsi udan yerdə –Torpağın axın-axınAt dırnağı görən igid,Xoş gününüƏldə qılınc –At belində sürən igid,Gur səslə de,Harayla da –İlkin hasar oldu yada,Meşələrin sükutunaBatan kəndlər,Dərələrin boğazındayatan kəndlərNərələrdən qalxmalıydı.Bu nərələrBasqınlara,Silahlanmış azğınlaraİgidlərin ən birinciqalxanıydı.Bəzən elə bir nərə dəSıldırımlı bir dərədəSəda verib min olurdu.Qoca dağlar silkələnibDüşmən üstə uçulurdu...Qoy bu günün düşməni dəAt çapmasın harın-harın,Torpaq altda gizlətmişikGur səsini babaların!..
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-babamin-sesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər gün çıxdığımız çıxılmaz yoxuş,Bu yenib– qalxmanın mənası yoxmuş.
Gözəllik saxladı ölümdən məniMən yenib gedirdim qüruba doğru,Neçə dərd-vəsiyyət qolumun üstə;
Bu millətin dərdi-səriNəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
Ay AllahŞəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!
Başqa şairlərin şeirləri
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Düzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayəDüzüb tərsa, o xalın həlqeyi-zülfi-çəlipayə,Gətirdin aşiqi-dilxəstəni fəryadü qovğayə.
Bende fakîr-i fakr u ganî-i gınâdur olBende fakîr-i fakr u ganî-i gınâdur olEsirgen ol kulı ki- esîr-i anâdur ol
DənizDostum İ.İslama*Üfüqlərə başını