Daha inanmıram boş vədələrə,Göz yaşın od olsa – qəhər demərəm.Ağızdan-ağıza qaçan xəbərəSağsağan deyərəm,Xəbər demərəm.

Bu yorğun yolçunun yolu yoxuşlu,Cənnət vəd eləmə üfüq dalında.Yoluma daş-qaya diyirlə, xoşdu,Alnıma güllə sıx açıq alınla.

Toxumu haram əl hövkələyəndəSəpinçi döşlüyü dəni saxlamır.Meşə dincliyinə balta dəyəndəMeşələr dumanı, çəni saxlamır.

Yalana dəm tutdun – yağışdı, yağır.Qibləyə tuşlanan andı neynirəm:Yəhəri yastıqlı,Yüyəni yağlıAyağı buxovlu atı neynirəm.

Daha boş vədənə inanmıram mən,Vədə yük olanda yerimək olmur.Doğrunu görəndə xəcalətindənQar kimi,Buz kimi ərimək olmur.

Bu necə vəddir ki, – irişən ilğım,Qaçanı, qovanı bara yetirməz:Bu kobud məsəldir – ayğırsız ilxıKişnərti yetirər,Bala yetirməz.

Söz kələm bişirər ağız kürrədə,Dəyər öz başına – dəyənək olsa...Şükür bu günə də,Ötən günə də,Hər şey olacaqdı, gələcək olsa.

Mən rəncbər oğluyam – doğruya qulam:Od halal olmasa, ocaq alışmır.Ha dedim: vədindən atəşgah quram,Kibritim alışmır,Vallah, alışmır...

28 dekabr 1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri