Məmməd Araz qayası
Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, «Sarıbulaq» adlanan dərəyə gedən yolun üstündə bir sal daşa «Məmməd Araz kürsüsü» adı vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə bir qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim.
Fərmanına, təltifinə alqış, ey çoban,Məmməd – Qaya, Qaya – Məmməd,Xoş gördük sizi.Olsa-olsa, mən olaram adi daş çapan:Çopur qaya, Qara Məmməd,Xoş gördük sizi!
Bu görüşü göydən baxan qartal da duyur –Qanadından lələk salır –Təbərrük üçün.Qabaq-qənşər qayalıqda kəklik oxuyur,Var ol səni, xallı pəri, bu təbrik üçün.
Yaz dolusu, qəzəbini çiynimdə soyut,Qış sazağı, qılıncını çiynimdə gəzdir!Qara şeytan, qiyafəni yanımda soyun,Boz canavar, böyrümdəcə bala əmizdir.
Fərhad külək,Yıx, yelpiyin yıxan daşları,Beyinlərdə, ürəklərdə daş yara bilək,Yuxarıdan aşağıya yağan daşlarıAşağıdan yuxarıya qaytara bilək.
A dağ çayı,Səs vermişdin səsindən mənə.Bir yaz günü nəfəsimdən qapdılar onu.Yumalayıb, tapdalayıb palçıq yerinəÜzü bomboz divarlara yapdılar onu.
Şəhidlərin qəbri üstə yanan səsimiYanan qandı, duyan duydu...Danan qaldımı?..Qılıncımı bürmələyib, qalan səsimiŞəhriyara pay yolladım, bilməm aldımı?
Bu daşların daş quyruğu, daş yamağı yox!İnsanlığım, daşlığıma söykən, qürrələn.Daşın daşa baltası yox,Badalağı yox.Batan səsim, bitən səsim – qaya qüllələr!..
Kürəyimdə yerin-göyün ağır yığını,Möhürlənmiş hər ucalıqyüksəliş deyil.Mən duyuram sən olmağın ağırlığını,Ey mən-qaya, mən olmaq da asan iş deyil...
25 dekabr 1986
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-memmed-araz-qayasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Boz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.
Dünya böyük, ömür yolu bir addımDünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.
Ölüm qorxur qələmdənQələm mənim yol yoldaşım,Qələm mənim oxum, nizəm.
Unut məniDilim dinməz, kirpiklərim səs elər,Necə xoşdu – ürəyimi kəs elə...
Başqa şairlərin şeirləri
Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Məktəblilər marşıBiz maarif cəbhəsininAlnı açıq əsgəriyik.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.