Qələm mənim yol yoldaşım,Qələm mənim oxum, nizəm.Qələm mənim söz qardaşım,Qələm mənim mübarizəm.

Qələmimdən gen düşəndəÖz-özümə yaslanıram,Öz-özümə əzilirəm,Köhnəlirəm, paslanıram.

Masam üstdə yallı tutanGiley olur, qeybət olur,Göz oxşayan gözəlliyəGözəyarı qiymət olur.

Qələm mənə – dağlara çıx,Buludlara dırman, deyir.Yamanlığın ağzına sənQaya kimi yaman, deyir.

Qələmimlə dil tapandaYön alıram gündoğana,Bu məqamda ölüm istərYeri dana, göyü dana.

Qələm ucu top gülləsi,Qəm sarayı yıxır qələm.Gülləsini düz ölümünGözlərinə sıxır qələm.

Ey qələmim, qəhr olunduÇox imkanım, çox inadım.Hikmətini gec anladım,Qüdrətinə gec inandım...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri