Son anında
Axır nəfəsinə yetişmədim mən,Son dəfə bağrıma basmadım onu.Ah, niyə görmədim gözündə sönənSon həyat eşqini, son arzusunu.
Yudu başdaşını gözümün yaşı,Göz yaşı yeni can vermir adama.İlk dəfə qarğıdım qohum-qardaşı,İlk dəfə acıdım doğma atama.
Qapadı gözünü o mənsiz, necə,Necə dəfn etdiniz məndən xəbərsiz...Bir qarı dilləndi: «Anan ölüncəDedi ki, balamı çağırmayın siz.
Qorxar... İşi çoxdur... azca ağladı,Qorxdu ki, eşidib kədərlənərsən.Son anda şəklini o qucaqladı,Gözünə baxmadı... qəhərlənərsən...»
Yarama köz basdı bu söz də mənim,Qopdu ürəyimdən yanıqlı nida:Ana qəlbinə bax! Övlad qəminiGörmək istəməyib son anında da.
Qaqra, oktyabr, 1965
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-son-aninda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qar əridi, sinən coşdu sinəmtək,Nə gözəldir ilk baharın, Şahdağı.
Şəhriyar gəlmədiBu şer çoxdan – böyük Vaqifin anadan olmasının 250 illiyini bayram etdiyimiz ildə, son təntənə günündə, bir axşamda yazılıb; o vaxt xalqımızın bu böyük bayramına ustad Şəhriyarı da dəvət eləmişdik. Lakin o zamankı şahlıq üsul-idarəsi Azərbaycanın işığını, böyük nailiyyətlərini Şəhriyarın görməsini istəmədi, onun gəlməsinə mane oldu. Bu kitabın şerlərini toplarkən arxivimdə qalmış həmin yazı ilə rastlaşdım. Bir də o günlərə qayıtdım... Şeri olduğu kimi köçürüb bu kitaba daxil etməyi, keçən təəssüf hisslərimi oxucularla bölüşməyi məsləhət bildim.*Baxışlar asıldı təyyarələrdən,
Məmməd AslanaQardaş, düzümünün əsiri oldum,Xəbərim olmadı özümdən mənim.
Üstümə qayıdan yazılarımNədir günahınız, açıq danışın,Üstümə qayıdan yazılarım, siz!
Başqa şairlərin şeirləri
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Evdə oğlan qalmışıqBiz fəna mülkün tutub təxtində sultan qalmışıq,Şükr bu nadanlıq ilə ismi insan qalmışıq.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.