Yoxdu özgə umacağım
Yolum düşdü Şahbulağa payızda,Gəlib çıxdım ocaq üstə, pay üstə,Könlüm dedi: Bu rənglərdən pay istə,Yoxdu özgə umacağım.
Dağ döşündə boz duman – boz qurğuşun,Boz qayadan seçmək olmur boz quşu.Mənim ola zirvənin tox duruşu,Yoxdu özgə umacağım.
Qayalara həkk olmayan söz itər,Bu bahardan o bahara iz itər,Üzüm dəyə çiçəklərə üzü tər.Yoxdu özgə umacağım.
Günlərim var: gah paslı, gah qalaylı,Gah lal axan, gah ildırım haraylı...Bu torpağın daşı olub qalaydım,Yoxdu özgə umacağım...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-yoxdu-ozge-umacagim
← → düymələri ilə keçid, R — təsadüfi şeir