Yetim ulduzlar
Sısqa ulduzlar var, üfürsən sönər;Sanki görünməyə utanar çoxu.İşıqlı ulduzlar məğrur görünər,Nə donqar olarlar, nə şil, nə çopur.
Yetim ulduzlardır zəiflər yəqin,Günəş də ögeylik, doğmalıq bilir.Bəlkə də onları görməmək üçünAy bəzən gecələr qeybə çəkilir.
Yaxın parıltıda çox gözlər çimir,İşığın beləsə, yolun var, buyur!Uzaq ulduzlar da dahilər kimi:Əlçatmaz olanda yetim olubdur...
Avqust, 1975
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-yetim-ulduzlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.
GöygölÇiskinli bir gündə gəldim bu yerə,Dumanda görünməz – dumandı Göygöl.
Naməlum qəhrəmanSən dəniz qoynunda, dəzgah dalındaTarlada, zavodda... hər yerdə varsan.
Arazın nəğməsiSəndən danışıram, Araz, ay Araz,Bulan da, durul da, səsimi dinlə.
Başqa şairlərin şeirləri
Cövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,