Siz gedin...
Sən mənə bağlısan, ölsəm, ölərsən,Məni bu dünyaya gətirən eşqim.Sevgisiz sən kimsən özün bilirsən,Sevgisiz mən kiməm,mən kimim,heç kim...
Dəysin ürəyimə düşmən gülləsi,Şehli çəmənlərə yıxılıb yatım.Dönsün damarlara rüzgarın səsi,Qanlı damlalarla sönsün həyatım...
Damlalar cismimi toprağa tiksin,Baxtımdan qaralsın ağ buludları.Çəmənlər üstünə uzanıb yatım,Uzanım, qanımı içsin otları...
Ömür əvəzinə içsin qanımı,Torpağın canında acıq qalmasın.Ölüb məzarımı üstümə çəkim,Qürbətin qapısı açıq qalmasın...
Vətən yoxluğumu duysun anındaFərqi nə, bədənim qürbətdə yatsın.Mən yatım, baxtım da yatsın yanımda,Bir az aralıda şöhrət də yatsın...
Siz gedin, bu gecə mənimlə qalsın,Qalsın buludları göz yaşlarıyla.Kölgə saqqalıyla qarşı dağları,Göyü ulduz-ulduz baxışlarıyla...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-siz-gedin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
Könlüm yenə bir kasə qızıl qano dönübdürKönlüm yenə bir kasə qızıl qano dönübdür,Qan olsa böylə zülmlə hər yanə dönübdür!
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır