Təzədən mən sənə gayıdacağam
Düşüb aralığa həftələr, aylarQalmısan ömrümün ötən ilində.Bir həsrət sinəmdən səni haraylarMuhəbbət, sadaqət, sevgi dilində.
Bir eşqin uğursuz qədəmi kimiDemə aramızı soyudacağam.Limana qayıdan bir gəmi kimiTəzədən mən sənə qayıdacağam.
Şöhrətdən gözümə gur ışıq düşübElə bilmişəm ki, yenilməz dağam.Bircə xəyalına gətir sən məniFikrim də, yolum da dolaşıq düşüb,-Həmişə narahat edirsən məni.Kimi oyatmamış de həsrət, kimi-Anadan olduğum doğma kənd kimi,Təzədən mən sənə qayıdacağam.
Yolundan, qəlbindən, yadından çıxıbHaçansa mən səndən buxarlanmışam.Eşqin alovundan, odundan çıxıbDolan bulud kimi quharlanmışam.Bir çılğın şimşəyə bəndəm ki, yağam,-Quraqlığa yağan yağışlar kimi,Nifrəti soyumuş baxışlar kimi,Təzədən mən sənə qayıdacağam.
Demə ki, ay-aydan, il ildən keçib;Hicranın görüşlə bağrını yarıb,Döyüb könülləri, ünvan axtarıb,Neçə gözdən keçib, könüldən keçibHələ xoş duyğular oyadacağam.Duyub gileyini, duyub ərkini,Ünvanı səhv düşən bir məktub kimiTəzədən mən sənə qayıdacağam.
Surətin—gözümdən çəkilən yuxu,Bulud kipriklərin yağışla dolu.Mənim bu gecikmiş peşimanlığımHəyat yollarında bələtçim olub.
Bu yeni fərəhlə,fikirlə,hisləElə bilirəm ki, körpə uşağam.Ayların, illərin uzaqlığındanSinəmə saldığın çığırla, izləTəzədən mən sənə qayıdacağam,Təzədən mən sənə qayıdacağam!!
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-tezeden-men-sene-gayidacagam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qalıb həsrətinmi əli yaxandaİnsanlar içində de niyə təksən?!
Kəsilməz söhbəti yarın, yoldaşınGəzsə də saçımda bəxtin əlləri,Qalsam da əlində külün külfətin.
İndiMəni yaşamağa qoymaz bu dünyaÖlüb gedəsiyəm həsrət içində.
Qoymayın dünyanı adiləşməyə...Elə, ürəklər də zirvələr kimiQalsın o əvvəlki parlaqlığında.
Başqa şairlərin şeirləri
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Ağlağan uşaqEy balam! Sən neçün yatmayırsan?Hər zaman ah edib ağlayırsan?
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.