Ə.Kərimə

Hardasa,gələcəkdə bir gözəl yaşıyırdı.Mən ona göndərərdim fikir teleqramları.Hardasa,gələcəkdə bir gözəl yaşıyırdıSorağında ilk eşqin çağlayan ilhamları.

Sevgi dalgalarında ruhumun siqnalları:---Gəlirəm,gözlə məni—bu boyda, bu nişanda.Ya piyada, ya atlı aşıb qarlı yolları,Sabahına geciksəm, gözlə şər qarışanda.

Gecələrdən baş alan yollar—yaz yuxuluydu,Nəydi ömrə təsəlli, ömrün naşı çağında?!Mən idim...gələcəkdi...yaşamaq arzusuydu...Məhəbbət dövr edirdi ömrün üçbucagında.

Sevgi dalğalarında ruhumun siqnalları;Gəlirəm—gözlə məni bu boyda, bu nişanda.Düştüm yolun ağına, aşdım qarlı yolları,Sabahına gecikdim,gözlə şər qarışanda.

Ya məndə oyanmadı, ya səni oyatmadı,Tuş gəlmədi yada ki, hislər biri birinə.Yağış oldu, qar oldu, fikrim sənə çatmadı,Mən gecikdim, ya da sən eşqin vədə yerinə.

Yuxularda arzumun arxasınca qaçandaBir qızın dizi üstə yatdığım neçə ilmiş.Ömrün oyanış çağı gözlərimi açandaBaşım üstə dayanan qız, yox, o qız deyilmiş.

Yox, gəldi bir özgəsi, baxmadı ömrə, yaşaDondurdu damarımda çağlayan al qanları.Çağrılmamış bir gonaq çıxdı yuxarı başa,Söndürüldü qəlbimin inadkar vulkanları.

Hanı o xəyalı qız-illərin əlvanlığıYoxsa, dünya əzəldən qəmli sükunətiymiş?!Bəs nə imiş o ömrün ilkin dəliqanlığı,--Ya atadan, anadan hazır məhəbbətiymiş?!

Hani o xəyalı qız,Yoxsa, əlvan hisləri sükut donu geyindi?!Nə idi varlığımı çulğalayan nə idi?!O bu təmizliyiylə yer adamı deyildi,Ya ilhamın özüydü, yada ki, mələk idi.

Gecikdi, ya tələsdişığıyan qatarlara.Çıxmadı məndən gələn siqnalların səsinə.Gecikdi, ya tələsdiaçılan baharlara,Düşdü arzularımdan sevgi xatirəsinə.

Haçan yollara çıxdım yazıydı, payızıydı,Hansı şirin arzunun qaldım künc-bucağında?!Mən idim...gələcəkdi...o xəyalı qızıydı,Yolumuz qovuşmadı eşqin üçbucağında.

Deyirəm nə olaydıÖmrün astanasında-13-14 yaşında,Əvvəlki tək aç-susuz,lap yuxusuz olaydım.Nabələd keçəcəyim bu yolların başındaO inam, ümid yeri-xəyali qız olaydı!Mən ona göndərəydim fikir teleqramları,Deyəydim:--gözlə məni bu boyda, bu nişanda.Ya piyada, ya atlı aşıb qarlı yollarıSabahına gecikdim, gözlə şər garışanda!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri