Kəsilməz söhbəti yarın, yoldaşın
Gəzsə də saçımda bəxtin əlləri,Qalsam da əlində külün külfətin.Ensə də qüruba ömrün illəriKəsilməz sorağı ilk məhəbbbətin.
Qış olar, qınına çəkilər sular,Yaz olar, təzədən aşıb daşlarlar.Bizi qoşa görən qonum qonşularBizi ayrı görüb pıçıldaşarlar...
Kəsilməz söhbəti yarın, yoldaşınNeçə yol qış olar, yay olar hələ.Sevgi dənizinə atılan daşınDalğası ətrafa yayılar hələ.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-kesilmez-sohbeti-yarin-yoldasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Sərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.
Qara geyinməAğ incidən xal düzürsən üzünəGöz yaşların yanağına axanda.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.