Bağdad gecələri
Nurlu, işıqlı olurBağdadın gecələri,Çox yaraşıqlı olurBağdadın gecələri.
Qaranlıq çökən zamanAlverçilər yatırlar.Səhər, neylon, şal, ipək,Bir də vicdan satırlar.
İnsanın uzaqlaraGedir burada ağlı.Elə bil Harun RəşidOturub öz taxtında;“Min bir gecə” nağılıDanışır ərəb qızı,Bu nağıla bağlıdırOnun tale ulduzu.Danışır o, şad deyil...Yox, doğru yazmayıram,Bağdad o Bağdad deyil.Həqiqətə gəlincə,Elə bu sakit gecəMədh edərkən azançıMinarədən Allahı,Qurban gedir gülləyəBir mərd ərəb fəllahı.Məcnun köçür, vaveylaQoparır evdə Leyla...Fəğanlı, ahlı olur...Bağdadın gecələriBəzən günahlı olur.Bağdadın gecələri.
Bağdadda gənclər edirUlduzlara tamaşa.Bəlkə onlar bu gecəXurmalıqda baş-başaVerib, doğma İraqınŞəhərindən danışır.Bu aylı gecələrinSəhərindən danışır?!
Danışır çilçıraqlıBağdad gecələrindən,Ərəblərin həqiqiAzad gecələrindən...Bağdad, aprel, 1960
Kitabxana.az · https://kitabxana.az/works/memmed-rahim-bagdad-geceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Addımla cəbhəyə,Düşmənə vermə heç aman.
Dolu düşməsin bağaYenə çaxır ildırım, yenə yağış tökülür,Elə bil ki, asiman parçalanıb, tökülür.
Dəniz neftçiləriNə göydə günəş yanır,Nə üfüqlər qızarır.
Qardaşlıq ağacıGəlib Tacikistana ehtiram ilə bir gün,Sədrəddin Aynimizin qəbrinə baş çəkmişəm.
Başqa şairlərin şeirləri
Derlər uzaq Hindistanın gül sinəsində,Zəncirlənən doğma ellər qan qusar, ağlar.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,