Yaşıl bir yamacda ilham alırdım,Hüsnünə xilqətin nəzər salırdım,Birdən ayaq tutdu meh narın-narın,Başladı nəğməsi yaşıllıqların.Bürüdü rayihə bütün aləmi;Dedim: “Ətir saçan dağda laləmi?

Onun ki, çəməndə tək rəngi aldır?Huşdan eləməyi əmri-mahaldır!Olmaya nərgizdir məni məst edən,Qıyıb şirin cana, ömrə qəsd edən?Gözəl nərgizin də bir hüsnü vardır;Şəhla baxışları xumar-xumardır.Bəs bu reyhanmıdır, qərənfilmidir?Süsənbər, yoxsa ki, qızıl gülmüdür?” –Qərara gəldim ki, yaxından baxım,Öz əlimlə dərim, döşümə taxım.Yönəlib nə gördüm: yayıb ətrini,Gülgün camalına salıb çətrini,Mənim öz dildarım, öz yarım gəlir,Səbrim, təhəmmülüm, qərarım gəlir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana