Fatiməni böyütdüMin əziyyətlə fəllah,Həmyerlilər deyirdi:“Kefi kök vaxtı AllahYaratmışdır bu qızı,Heyif hələ doğmayıbƏsl tale ulduzu”.Atası çox kasıbdı,Bir ovuc torpağı yox,Əziyyətlər çəkərək,Özgəyə yer əkərəkDolanırdı birtəhər.Mərakeşdə bu sayaq

Ömür sürür ərəblər.Qız, arxaydı ataya;O, zəif əlləriləYer şumlayırdı bəzənÖzgənin kəllərilə.Qulağında sırğası –Anasının öyüdü;Namusla ömür sürüb,Qız günbəgün böyüdü.Varlı bir ərəb oğluDedi bir gün fəllaha:“Fatiməni alıram,Bundan belə bir dahaGünlərini sürmə sənƏziyyətin içində;Dolanarsan fərəhləVar-dövlətin içində”.Fəllah inandı ona,Baxdı göyün üzünə;– Şükür – dedi – ilahi,Balam çıxır ağ günə.Qız belə getsə ərə,Doğrudan da o düşdüGörmədiyi günlərə.

Lakin bir ay keçməmişİqbal döndü, dəyişdi.Qız bilmədi heç əslaBu nə qəza, nə işdi...Qovdular FatiməniDedilər: “Qulluqçu daBu ev saxlamaz səni”.Döndü daxmalarınaQız pərişan-pərişan.Çevrilib yuxu olduO toy-düyün, o nişan.Oğlansa getdi yenəBir qız da aldatmağa,Dil töküb evlənməyə,Sonra yenə atmağa...Fəllah qəm içdi bir dəƏsrin peymanəsindən,Lənətlərlə söz açdıDönük zəmanəsindən.Tanjer, 17 fevral 1960

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri